Milyard dollarlıq meditasiya | Banco.az

Milyard dollarlıq meditasiya

Müasir zamanda insan beynini qıcıqlandıra biləcək bir sıra səbəblər var. Lakin insan sağlamlığının təminatı ilk olaraq beyin rahatlığından başlayır. Bu konseptə əsaslanaraq, Calm meditasiya tətbiqi layihəsi hazırlanıb. Bir müddət sonra isə insan sağlamlığını uğurlu biznes mənbəyinə çevirən Calm tətbiqi istifadəçilər və səhmdarların marağına səbəb ola bilib. 

Calm tətbiqi maliyyələşdirmənin ikinci etapında 88 milyon vəsait cəlb edib. Səhmdarlar şirkəti ümumi olaraq bir milyard dollar dəyərində qiymətləndiriblər. Beləliklə Calm tətbiqi insan sağlamlığına aid olan biznesin təkbuynuzlarından biridir.

Mütəxəssislər Calm şirkətinin artıq sərbəst şəkildə vəsait cəlb edə bildiyini qeyd edib. Buna misal olaraq, şirkətin gəlirlərinin 2018-ci ildə 4 dəfə artımını misal gətirmək olar (20 milyon dollardan, 80 milyon dollara qədər artıb). Calm şirkət nümayəndəliyi illik hesabat nəticələri elan edilənə qədər, satışların 150 milyon dollara qədər artacağına inanırlar.  

Səhmdarların diqqətini cəlb edərək, birincilərdən biri olmaq asan məsələ deyil. Calm tətbiqi maraqlı konseptdən əlavə iki səhmdarın xüsusi ilə rəğbətini qazana bilib. Belə ki, biznes “təkbuynuzu” statusunu qazanmaqda, şirkətə Insight Venture PartnersSound Ventures köməklik edib. Şirkət 2018-ci ildə maliyyələşdirilmənin birinci raundu zamanı 28 milyon vəsait cəlb edə bilib.

Ən sərfəli kredit üçün müraciət et

Tətbiqin 2012-ci ildə istifadəyə verilməsindən bu günə qədər 40 milyon dəfə yüklənib və milliona yaxın aktiv istifadəçisi var.

Şirkətin əsas hədəfi isə Calm tətbiqinin daha çox kütlə arasında yayılmasıdır.

Həmçinin oxu: 6 Saniyəlik Meditasiya

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et