Millikart yeniliklərini davam etdirir | Banco.az

Millikart yeniliklərini davam etdirir

MilliKart müasir tendensiyaları nəzərə alaraq bazarda olan ən innovativ mobil bankçılıq həllini təqdim edir.

Şirkətdən  bildiriblər ki, mobil bankçılıq vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edəcək və maliyyə durumları haqqında məlumatlı olacaq, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə biləcəklər.

MilliKartın mobil bankçılıq həlli hərtərəfli maliyyə xidmətlərini də təqdim edir. Dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, həll müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. Mobil əlavə əsas mobil platformalarını dəstəkləyir və bazarda olan qurğuların 95 faizini əhatə edir. Mobil bankçılıq həlli onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir. Ətraflı məlumat www.cib.az. Android əməliyyat sistemi üçün əlavə dərhalhttps://play.google.com/store/apps/details?id=az.cib linkindən yüklənə bilər. iOS əməliyyat sistemi üçün əlavə 10 iş günü tələb olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et