"Microsoft" 2025-ci ilin payızından "Windows 10" üçün ödənişli yeniləmələri təqdim edəcək | Banco.az

"Microsoft" 2025-ci ilin payızından "Windows 10" üçün ödənişli yeniləmələri təqdim edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

2025-ci ilin oktyabrında Microsoft əksər istifadəçilər üçün Windows 10 dəstəyini dayandırmaq niyyətindədir.

Adi insanlar artıq yeniləmələr haqqında bildiriş almayacaq və Windows 11-ə keçmək məcburiyyətində qalacaqlar. Korporativ müştərilər daha şanslıdır - onlar Windows 10-dan dəstək başa çatdıqdan sonra da istifadə edə biləcəklər, lakin əlavə ödənişlə.

Microsoft korporativ müştərilərinə Windows 10-u 2025-ci ilin payızından sonra da təhlükəsizlik yeniləmələri ilə təmin edəcək - belə dəstəyin hər ili üçün ofisdəki hər kompüter üçün ildə 61 dollar (5600 rubl) ödəniləcək. Proqram 2028-ci ilə qədər davam edəcək.

Windows 10 dəstəyinin yenilənməsi xidməti adi insanlar üçün əlçatan olacaq, lakin şəxsi qiymət korporativ qiymətdən fərqli olacaq. Microsoft qiyməti daha sonra elan edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et