Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd. dolları keçib | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd. dolları keçib

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 033,1 mln. ABŞ dolları təşkil edib.

AMB-yə istinadən xəbər verilir ki, bu, iyulun 1-i ilə müqayisədə 69 mln. dollar və yaxud 1,4% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1 058,7 mln. dollar və yaxud 26,6%, son 1 ildə isə 870,2 mln. dollar və yaxud 20,9% artıb. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et