Mərkəzi bankın notlarına tələb gözləniləndən çox olub | Banco.az

Mərkəzi bankın notlarına tələb gözləniləndən çox olub

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100353S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 10 mln. manat təşkil edib. Sifarişlər 98,8475 manat (14,9906%) –99,0371 manat (12,5005%) qiymətində təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini 99,0371 manat (12,5005%) olmaqla AMB müəyyən edib.

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 15 fevral 2017-ci ildir.

©Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et