Mərkəzi Bank uçot dərəcəsini artırıb | Banco.az

Mərkəzi Bank uçot dərəcəsini artırıb

Yenidən maliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir.

Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.

Yenidən maliyyələşdirmə dərəcəsinin bizim ölkədəki rəsmi adı “uçot dərəcəsidir”. Yəni Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir.

Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda uçot faiz dərəcəsi 03.05.2016 tarixində 7% həcmində qeydə alınmışdı. Hazırda isə bu faiz dərəcəsi Mərkəzi Bank tərəfindən artırılaraq 08.08.2016 tarixində 9,5% həddinə çatmışdır. Göründüyü kimi, 3 ay ərzində nəzərə çarpacaq dərəcədə artım vardır.

Uçot dərəcəsinin artması kommersiya banklarının təklif etdiyi kreditə görə də faiz dərəcəsinin artmasına səbəb olur. Bu isə, kreditləri bahalaşdıran ən vacib amillərdən biridir.

Qeyd edək ki, keçən il, yəni 2015-ci ildə uçot dərəcəsi 3% təşkil edirdi. Bir il ərzində isə artım 3 dəfədən çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et