Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi | Banco.az

Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verdi

04 aprel 2016-cı il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu istiqamətdə həyata keçirilən növbəti tədbir ölkədə emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən Banklararası Kart Mərkəzinin (BKM) istismara verilməsidir.

Beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə Mərkəzi Bank tərəfindən yaradılan BKM cari ilin 1 aprel tarixindən etibarən tam istismara verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən sərfəli krediti almaq üçün müraciət et