Mənzil bazarında qiymətlər nə qədər artdı? | Banco.az

Mənzil bazarında qiymətlər nə qədər artdı?

2014-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 10.1% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

Dövlət Statistika Komitəsinin hesabatına istinadən icmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib.

Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib. “MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2% artıb, kommersiya obyektlərinin icarə haqqı isə 11.2% azalıb.

Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25.4% artıb.

atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et