Mənfəət və zərər hesabatı - MİSAL NÜMUNƏLƏRİ İLƏ | Banco.az

Mənfəət və zərər hesabatı - MİSAL NÜMUNƏLƏRİ İLƏ

Biz birinci dərsdə qısa olaraq bu dərs haqqında məlumat vermişdik. Qeyd etmişdik ki, mənfəət və zərər hesabatı – hər hansı bir dövr ərzində müəssisənin maliyyə fəaliyyətinin nəticələrini özündə əks etdirir və əsas elementləri aşağıdakılardır:

Gəlirlər
Maya dəyəri
Satışdan mənfəət
İdarəetmə xərcləri
Amortizasiya xərcləri
Əməliyyat mənfəəti
Digər gəlirlər və xərclər
Faiz ödənişləri
Əsas borcdan ödənişlər
Vergiyə cəlb olunan mənfəət
Vergi ödənişləri
Xalis mənfəət

Gəlir bölməsində məhsul və xidmətlərin satışından qazanılan vəsait əks etdirilir. Məhsulun maya dəyəri bölməsində isə həmin məhsulların müəssisənin balansında əks etdirilən dəyəri nəzərə alınır. Bu iki göstərici arasındakı fərq isə satışdan mənfəət hesab edilir.
Satışdan mənfəətdən idarəetmə və əməliyyat xərclərini çıxdıqdan sonra əməliyyat mənfəəti əldə edilir. İdarəetmə və əməliyyat xərcləri işçilərin əməkhaqları, amortizasiya ayırmaları, kommunal xərclər kimi xərcləri özündə əks etdirir.

Növbəti bölmədə əməliyyat gəlirlərinə digər gəlirlər əlavə edilir və digər xərclər çıxılır. Daha sonra faiz xərcləri və borc ödənişləri çıxılır. Nəticədə vergiyə cəlb olunan məbləğ ortaya çıxılır.
Vergiyə cəlb edilən məbləğdən vergi xərcləri çıxılır və xalis mənfəət əldə edilir.

Mühasibatlıq iki əsasda aparıla bilər:
- Nağd pul üsulu
- Hesablama üsulu

Mənfəət və zərər hesabatı hesablama üsuluna əsaslanaraq tərtib olunur. Məhz bu səbəbdən nağd pul vəsaitinin hərəkəti hesabatı xüsusi əhəmiyyət kəsb edir.

Gəlirin tanınması

Mal və xidmətlərin satışından əldə olunan gəlirin tanınması aşağıdakı şərtlər daxilində baş verir.
- Müəssisə mülkiyyət hüququ ilə bağlı risklərin böyük hissəsini alıcıya ötürüb.
- Müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmir və satılmış mallara artıq nəzarət etmir.
- Gəlirin məbləği ölçüləbiləndir

Misal 1. Təsəvvür edək ki, A müəssiəsi B müəssisəsindən 1 aydan sonra mal göndərəcəyi üçün indi 4000 AZN pul almışdır. Bu zaman A müəssisəsi bu məbləği gəlir kimi tanıya bilməz, çünki mal göndərilməyib və yuxarıdakı şərtlər yerinə yetirilməyib.
Tikinti müqavilələri zamanı gəlirin tanınması
Tikinti müqavilələri uzunmüddətli olduğu üçün gəlrilərin tanınmasında müəyyən çətinliklər formalaşır. Bu baxımdan tikinti müqavilələrində gəlirin tanınması fərqlidir. Belə ki, gəlirin tanınması 2 metodla həyata keçirilə bilər.
- Tamamlanab hissə metodu
- Tamamlanmış müqavilə metodu

1. Tamamlanab hissə metodu. Bu metoda əsasən, müəssisə hər hansı bir tikintini həyata keçirərkən müəyyən vaxtdan bir çəkilən xərclərinin bütün xərclərindəki payı qədər gəlirini tanıyır.

Misal 2. Fərz edək ki, A müəssisəsi B müəssisəsi tərəfindən irəli sürülən tikinti layihəsini həyata keçirəcəkdir.Belə ki, A müəssisəsi 1000 AZN çəkilən xərc qarşılığında 2000 gəlir əldə edəcəkdir.
A müəssisəsi bu tikinti 3 il müddətinə planlaşdırır. Tutaq ki, A müəssisəsi 1-ci ilin sonunda 300, 2-ci ilin sonunda 200, 3-cü ilin sonunda 500 manat xərcini planlaşdırır.
İlk növbədə çəkilən xərclərin bütün xərclərdə payını tapaq. Bunun 30%, 20%, 50% olduğunu görərik.Deməli A müəssisəsi bu metoda əsaslanaraq
1-ci ilin sonunda 2000 x 30% = 600
2-ci ilin sonunda 2000 x 20% = 400
3-cü ilin sonunda 2000 x 50% = 1000
Gəlirinin tanınmasını qeyd edəcəkdir.
2. Tamamlanmış müqavilə metodu. Bu metoda əsasən tikinti layihəsinin müddəti bitənə qədər müəssisə heç bir məbləği gəlir kimi tanımır.
Yuxarıdakı misalı nəzərə alsaq, bu metoda görə müəssisə
1-ci ilin sonunda 2000 x 0% = 0
2-ci ilin sonunda 2000 x 0% = 0
3-cü ilin sonunda 2000 x 100% = 2000
Gəlirinin tanınmasını qeyd edəcəkdir.

Amortizasiya xərcləri

Əgər biz avadanlığın köhnəlməsi ilə bağlı ayırdığımız xərclərə amortizasiya xərcləri deyiriksə, xarici ölkələrdə bu xərcləri 3 adda qruplaşdırırlar.
1. Depreciation – maddi aktivlərin köhnəlməsi
2. Amortization – qeyri maddi aktivlərin köhnəlməsi
3. Depletion – təbii resursların köhnəlməsi

Amortizasiya əsas vəsaitlərin dəyərinin hissə-hissə xərc olaraq silinməsi prosesidir. Amortizasiyanın hesablanmasının aşağıdakı üsulları var.
1. Düz xətt metodu 
Amortizasiya norması = (əsas vəsaitin dəyəri – qalıq dəyəri) / əsas vəsaitin istifadə müddəti
Amortizasiya norması əsas vəsaitin illik köhnəlmə dəyəridir.
Əsas vəsaitin dəyəri onun alınması zamanı çəkilən bütün xərclər, başqa sözlə balansda əks etdirilən dəyərdir.
Qalıq dəyəri əsas vəsaitin istifadə müddəti bitməsi zamanı onun satılacağı dəyərdir.
Əsas vəsaitin istifadə müddəti əsas vəsaitin istifadə ediləcəyi illərin sayıdır.
Fərz edək ki, avadanlığın qiyməti 12000, qalıq dəyəri 2000 manat, istifadə müddəti isə 5 ildir. (1) – ə əsasən illik amortizasiya xərci (12000-2000)/5=2000 AZN-dir.

Ən sərfəli kredit üçün müraciət et

2. İkiqat azalan balans metodu
Amortizasiya norması = 2* (əsas vəsaitin dəyəri – toplanmış amortizasiya) / əsas vəsaitin istifadə müddəti
Toplanmış amortizasiya əsas vəsaitin müəyyən tarixə qədər hesanlanmış amortizasiyaların cəmidir.
Yuxarıdakı misalı bu metodla həll etsək,
1-ci il üçün DDB depreciation = 2/5 * 12000 = 4800
2-ci il üçün DDB depreciation = 2/5 * (12000-4800) = 2880
3-ci il üçün DDB depreciation = 2/5 * (12000-(4800+2880)) = 1728
4-cü il üçün DDB depreciation = 2/5 * (12000-(4800+2880+1728)) = 1036 edir.

Fikir versək ki, 4800+2880+1728+1036 = 10444 edir, deməli qalıq dəyərinin də 2000 olduğunu nəzərə alsaq 4-cü il amortizasiya xərcləri 1036 deyil, 444 AZN aşağı olacaqdır, yəni 592 AZN.
2 metodu müqayisə etsək görərik ki, 1-ci metodda ilk illər üçün ayrılmış amortizasiya xərcləri 2-ci metoddakından aşağı olmuşdur. Son illərdə isə əksinə. Buna görə də bəzi müəssisələr ilk illərdə daha az vergi vermək üçün 2-ci metoddan istifadə edirlər, bununla da xərclərinin çox göstərirlər.

FIFO, LIFO və Weighted average cost methods

Müəssisələr hazır məhsulların uçotunu apararkən müxtəlif üsullardan istifadə edilir. Bunlar aşağıdakılardır:
- İlkin daxil olmuş, ilkin xaric olunmuş (First-in, first-out) – FIFO
- Sonuncu daxil olmuş, ilkin xaric olunmuş (Last-in, first-out) – LIFO
- Orta çəkili metod (Weighted average method)
Qeyd: LIFO GAAP tərəfindən istifadə edilsə də IFRS tərəfindən istifadəsi qadağandır.

 

Misal 3:

Fərz edək ki, A müəssisəsinin iyul ayındakı alışları aşağıdakı kimidir.
İyul 7       2 ədəd * 2 AZN/ədəd = 4 AZN
İyul 13     3 ədəd * 3 AZN/ədad = 9 AZN
İyul 20     5 ədad * 5 AZN/ədad = 25 AZN
Cəmi alış: 10 ədad = 38 AZN

A müəssisəsinin İyul ayındakı satışları isə 7 ədəd * 10 AZN/ədəd = 70 olmuşdur.
Müəssisəsinin gəlirləri məlumdur – 70 AZN. Xərclərini isə yuxarıdakı metodlara görə hesablayaq.

FIFO
Bu metoda görə müəssisə 1-ci partiyadan 2, 2-ci partiyadan 3, 3-cü partiyadan isə 2 ədəd satmışdır.Buna görə satılmış məhsulun maya dəyəri – 2*2+3*3+2*5 = 23 AZN olmuşdur.

LIFO
Bu metoda görə müəssisə 3-cü partiyadan 5, 2-ci partiyadan isə 2 ədəd satmışdır. Buna görə satılmış məhsulunmaya dəyəri – 5*5+2*3 = 31 AZN olmuşdur.

Weighted average
Bu metoda görə müəssisənin 1 ədəd mal alışına çəkdiyi ortalam xərci tapmaq lazımdır.Bunu belə hesablamaq olar. 38 / 10 = 3.8 AZN (1ədədi 3.8 AZN)
7ədəd isə 7*3.8 = 26.6 AZN təşkil edər.
Bir çox müəssisələr daha aşağı vergi ödəmək üçün LIFO metodundan istifadə edir, çünki bu metodla hesabladıqda satılan malın maya dəyəri digər metodlara görə daha çox olur.

FIFO metodundan istifadə olunduqda isə müəssiəs balansında hazır məhsullarının dəyərini çox göstərərək aktivlərini yüksəltmiş olur.

Hər səhmə düşən gəlir

Bildiyimiz kimi, müəssisələr il ərzində müəyyən sayda səhm alır və satır, bundan əlavə səhm sahiblərinə dividendlər verir. Səhmləri adi və imtiyazlı səhmlərə bölə bilərik. Bunlar arasındakı fərqləri gələn dərslərimizdə müzakirə edəcəyik.
Hər səhmə gəlir – mənfəətdən imtiyazlı səhm sahiblərinə verilən dividendlər çıxıldıqdan sonra yerdə qalan məbləğin illik olaraq müəssisənin alıb satdığı səhmlərin ortalamasına nisbəti ilə tapılır.
Əgər müəssisə il ərzində yalnız adi və imtiyazlı səhmlər alıb satmışsa, və bu səhm sahiblərinə dividend ödəmişsə, bu formul səhmə düşən sadə gəlir, yox əgər müəssisə həmçinin opsionlardan, varrantlardan, digər çevrilə bilən qiymətli kağızlardan istifadə edirsə bu zaman səhmə düşən azalan gəlir üsulu ilə hesablama aparılır.

Səhmə düşən sadə gəlir = (xalis gəlir – imtiyazlı səhmlkərə ödənilən dividendlər) / adi səhmlərin sayının ədədi ortası

Mənbə: cfaconsulting.wordpress.com

Ən sərfəli krediti almaq üçün müraciət et