Məhsul yaratma və onu bazara çıxarmaqla bağlı 20 qayda | Banco.az

Məhsul yaratma və onu bazara çıxarmaqla bağlı 20 qayda

1. İstənilən bir əşya (hər şey) məhsul ola bilər.

2. Məhsulun qablaşması ən azı, məhsulun özü qədər vacibdir.

3. Məhsul haqqında verilmiş savadsız informasiya məhsulu məhv edə bilər.

4. Fərasətli satıcının əlində istənilən bir məhsul alıcılar üçün lazımlı əşyaya çevrilər.

5. Düzgün məhsul yaratmaq üçün, məhsulun fanatı olmaq gərəkdir.

6. Yeni məhsul, bir qayda olaraq, əvvəl mövcud olan bir məhsul üzərində yaranır.

7. Məhsul yoxdursa, biznes də yoxdur.

8. Biznes məhsulun ərtafında yaranır.

9. Əgər sizin satacaq nəyinizsə varsa, deməli sizin  artıq məhsulunuz var. Qalan iş isə elə də çox deyil: zahiri forma, qablaşdırma və informasiya.

 10. Hər məhsulun öz istehlakçısı var.

11. Qablaşdırmada bir neçə qat mövcuddur:

  • Məhsulun reklamı
  • Məhsulun satıldığı ticarət məntəqəsi
  • Məhsulun  satış obyektində tutdğu yer, yəni dükanda satıldığı yer
  • Satıcı
  • Satıcının məhsul haqqında ötürdüyü informasiya
  • Məhsulun qablaşdırılması
  • Qablaşma üzərindəki informasiya
  • Məsulun zahiri görünüşü
  • Məhsulun özünün funksionallığı

12. İstənilən bir məhsul digər məhsulların əhatəsində təqdim edildikdə, olduqca sərfəli təsir bağışlayır.

Ən sərfəli kredit üçün müraciət et

13. Məhsulu yaradarkən müştərinin bütün hissetmə orqanlarını nəzərə almaq lazımdır: görmə, qoxu duyma, eşitmə, dad bilmə, taktil – toxunma, təmas

14. Məhsul haqqında məlumat müştərinin eşitmək istədiyinə uyğun olmalıdır.

15. Yeni məhsulu bazara çıxarmaq həmişə çətindir.

16. İstənilən halda sizin məhsul uninkal olmalıdır.

17. Məhsulun unikallığını yaradan onun istehsalçısıdır.

18. İstənilən uğurlu məhsulu gec tez təkrarlamağa, eynisini yaratmağa çalışacaqlar.

19. Hər dəfə məhsulun yeni fərqli tərəflərini kəşf etmək, yeni fərqliliklər yaratmaq tələb olunur.

20. Əgər sizdə məhsul ideyası yaranıbsa, deməli siz onu istehsal etmək gücündəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et