Məhkəmə Branson barədə qərarını açıqladı - SON DƏQİQƏ | Banco.az

Məhkəmə Branson barədə qərarını açıqladı - SON DƏQİQƏ

Türkiyədə məhkəmə amerikalı keşiş Endryu Branson barədə qərarını açıqladı.

Qərara görə, Bransona 3 il 1 ay 15 gün həbs cəzası verilib. Onun 2016-cı ildən həbs edilməsi nəzərə alınsa, Bransonun azadlığa buraxılacağı bildirilir. 

Bransonun ev həbsi və xaricə çıxışı qadağası da ləğv edilib. 

Bakı vaxtı ilə saat 17:29-da Dollar/TL məzənnəsi 5.8612 səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu dəqiqələrdə Türkiyə mətbuatı keşişin sərbəst buraxıldığını bildirir. Bransona verilən 3 il 1 ay 15 günlük cəza, Bransonın həbsxanada qaldığı müddətə sayılacaq və ABŞ-lı keşiş bir daha həbsxanaya girməyəcək.

İlk öncə prokuror Bransona 35 il cəza verilməsini istəyirdi. Bu gün məhkəmədə isə prokuror Bransona 5-10 il cəza verilməsini istədi. Hakimlər isə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verdi.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et