Mediada adı ən çox hallanan sığorta şirkətləri məlum oldu | Banco.az

Mediada adı ən çox hallanan sığorta şirkətləri məlum oldu

Media Consulting and Services  1-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  550 on-line media daxil olmaqla  615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.

Banco.az xəbər verir ki, sözügedən tarixdə mediada 1443 ədəd sığorta şirkətlərinin adı hallanan yazı çıxıb. 

İlk üçlükdə

  1. Azərsığorta - 136
  2. Paşa sığorta -121
  3. Azsığorta – 115 xəbər olmaqla yer alıb.

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında  1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında  avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək.  Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi cədvəldən isə ilk Top 10-u görə bilərsiniz:

Ən sərfəli krediti almaq üçün müraciət et