Məcmu kapitalına görə bankların TOP 5 renkinqi (2018, II rüb) | Banco.az

Məcmu kapitalına görə bankların TOP 5 renkinqi (2018, II rüb)

Bildiyimiz kimi, bankların səhmdarları üçün əsas göstərici onların məcmu kapitalı hesab olunur. Buna səbəb məcmu kapital  əsas  və əlavə kapitalı özündə birləşdirməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldımasına, əmanətçilərin və potensial investorların bank sisteminə olan inancının  artırılmasına xidmət edir. 

Mərkəzi Bank Bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarına istinadən bankın fəaliyyəti dövründə onun məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manatdan, adekvatlıq və leverec əmsalları isə bu qaydalarda müəyyən edilmiş səviyyədən aşağı olarsa, zərərin baş verdiyi hallar istisna olmaqla bank kapitalını azaldıla bilməz. 

Gəlin görək 2018-ci ilin ikinci rübündə məcmu kapitalına görə bankların TOP 5-liyində hansı banklar durur. Ümumiyyətlə qeyd edək ki, TOP 5-likdəki bankların cəmi məcmu kapitalı 2 mlrd 95 mln 444 min manat təşkil edir. 

Bank

Məcmu kapital

Beynəlxalq Bank

1 188 538  

Xalq Bank

273 697  

Kapital Bank

272 287  

Paşa Bank

219 573  

Express Bank

140 949  

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən göründüyü kimi, ilk beşlikdə dayanmış banklar  içərisində Beynəlxalq bankın məcmu kapitalı 1 mlrd manatı keçərkən, Express Bankda isə bu göstərici 140 mln manat olub.

İkinci rübdə məcmu kapitalı ən aşağı olan bank Pakistan milli bankıdır ki, onun da məcmu kapitalı 10 mln 243 min manatdır.

Ən sərfəli krediti almaq üçün müraciət et