McDonald’s Rusiyadakı işçilərin maaşlarını artıracaq | Banco.az

McDonald’s Rusiyadakı işçilərin maaşlarını artıracaq

Fast-food restoranları şəbəkəsi McDonald’s Rusiya əməkdaşlarının maaşını İyunun 1-dən artırmağa hazırlaşır.

Kompaniyanın mətbuat xidmətindən deyiblər ki, şəbəkə illik əmək haqqı fondunu 600 milyon rubla (8,5 milyon dollar) artırmağı planlaşdırır.

Ümumiyyətlə, yeni qaydalar şəbəkənin 630 restoranının işçilərinə maaş və saatlıq artımlarına təsir edəcək. Dəyişikliklər, insan resursları mütəxəssislərinə, texnik, menecer, təlimçilərin maaşlarına da təsir edəcək. Eyni zamanda, şəbəkə bütün işçilərini saxlamaq niyyətindədir. Yenilik kompaniyanın françayz partnyorlarının əməkdaşlarının maaşlarına təsir etməyəcək, belə ki, onlar öz kadr siyasətlərini özləri müəyyən edirlər.

Şirkətin mətbuat xidmətindən deyilib ki, belə ölçülər, pandemiyada işləməyə davam edən əməkdaşların rifahını təmin etmək məqsədi daşıyır. Şirkətdən deyiblər ki, məhdudiyyətlərdən dolayı bir müddət şəbəkənin 300-dən çox əməkdaşı McDonald's-ın şəbəkə partnyorunu seçib, ərzaq riteylerində paralel işləməyə başlayıblar. Həmçinin şirkətin 500-dən çox əməkdaşının gəlirləri 2020-ci ilin fevral-mart aylarında 50% azalma nümayiş etdirib, bu minimum əmək haqqından aşağı olub, buna görə şirkət onlara ünvanlı yardım köməyi edib. Şəbəkə bu dəstək proqramı üçün 20 milyon rubl ayırmağa hazırlaşır. İşlər yoluna düşənə qədər aylıq olaraq işçilərə ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Facemark

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et