McDonald's-ın yaranma tarixi | Banco.az

McDonald's-ın yaranma tarixi

İlk McDonald's restoranı 1940-cı ildə Dik və Mak McDonald adlı iki qardaş tərəfindən istifadəyə verilib. İlk əvvəllər “maşınlara xidmət edən restoran” olaraq fəaliyyətə başlasa da daha sonralar rəqabətin artmasıyla vəziyyət bir qədər dəyişdi. Beləliklə, hal-hazırda dünyada “sürətli xidmət restoranı” anlayışı formalaşdı. Büdcəyə qənaət etmək üçün  restoran həmin dövr üçün qeyri-adi sayılan bir yeniliyə imza atdı və kağız kartondan hazırlanmış stəkan və menyudakı yemək çeşidini azaldaraq qiymətləri yarıya endirmiş oldu. Bundan əlavə restoranda xidmət göstərən işçi sayını da minimuma endirdilər və normal servis özünə-xidmətlə əvəz olundu. Bu kiçik dəyişikliklər tez bir zamanda şirkətin gəlirlərinin artmasına şərait yaratdı.

Daha sonra milk-şeyk içkisi hazırlamaq üçün lazım olan cihaz sayısını artırmaq üçün Ray Kroca müraciət etdilər. Milk-şeyk satıcısı olan Ray onların bu sifarişinə çox təəccüblənmişdi. Səbəb isə heç bir şirkətin daha öncə belə çox sayda aparat istəməməsi olmuşdu. Beləliklə, sifarişi qəbul edən Ray qısa zamanda şirkətin özü ilə tanış olmaq üçün Kaliforniyaya getmiş və orda gələcək potensialı görməyə müvəffəq olmuşdu.  Bundan sonra Kroc, McDonald's adının istifadə haqqını alaraq İllonois ştatında öz restoranını açdı. O, həmin restoranda McDonald qardaşlarının təməl qayda-qanunlarını qorumaqla yanaşı “Keyfiyyət-Xidmət-Təmizlik” anlayışlarını da əsas ünsürlər siyahısına daxil etdi.

Həmçinin maraqlıdır : Qeyri-adi hədiyyələrlə öz işçilərini mükafatlandıran şirkətlər

Ən sərfəli kredit üçün müraciət et

Fast-food restoranındakı prespektivi görən Ray qısa zamanda restoran şəbəkəsinin sayını artırdı və McDonald markasının bütün haqlarını aldı. Restoranları idarə etməyin çətinliyini anlayan Kroc “franchising” sistemini tətbiq etməyə başladı.

1965-ci ildə McDonald's insanların istifadəsinə verildi və bir il sonra New York Birjasında şirkətin hissələri görünməyə başladı.

Qısa zamanda şirkəti böyüdən Kroc həmin dövrdə müxtəlif sosial layihələrdə əməkdaşlığa start verdi.  

Artıq 1980-cı ildə dünyanın bir çox şirkətləri sırasında yer alan kompaniya həmin dövrdə bir sıra tanınmış ölkələrdə öz mərkəzlərinin əsasını qoymaqdaydı.

1990-cı ildə Çin və Rusiya bazarına girən McDonald's “dünya markası” olduğunu bir daha sübut etdi.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et