“McDonald's” ilk insansız restoranını açıb | Banco.az

“McDonald's” ilk insansız restoranını açıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“McDonald's” heç bir işçisi olmayan ilk insansız restoranını açıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Texas ştatındakı Fort-Uort şəhəri yaxınlığında ilk robot şöbəsini sınaqdan keçirməyə başlayan “McDonald's” bu addımla ilk insansız restoranını insanların bəyənisinə təqdim edib. Adi filiallarından daha kiçik olan bu restoran paket sifarişlərə üstünlük verir.

Sifarişlər rəqəmsal ekranda götürülür və sonra lentin köməyi ilə hazırlanır. Restorandan kənarda dayanacaqda sifariş vermək istəyənlər üçün xüsusi yer ayrılıb.

Tələsən müştərilər isə restorana getməzdən əvvəl mobil proqram vasitəsilə yemək sifarişini həyata keçirə bilərlər. Bu seçimdə sifarişlər “McDonald's” əməkdaşları tərəfindən hazırlanır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et