McDonald's Amerika bazarını itirir | Banco.az

McDonald's Amerika bazarını itirir

Bazar ertəsi McDonald's bəzi satış göstəricilərinə dair açıqlama gətirib. Şirkət eyni bazardakı satışlarda (same-store sales) 2,2% geriləyib. Bu haqda Banco.az Biznes İnsider-ə istinadən məlumat verir.

Geriləmə analitiklərin 1,7%-lik azalma proqnozlarını da üstələyib.

Rəqəmlər ABŞ-dakı vəziyyətin daha gərgin olduğunu göstərir. Fast-food nəhənginin ABŞ-da eyni bazardakı satışlarında 4,6% azalma qeydə alınıb.

Aşağıdakı diaqram isə ABŞ-dakı eyni bazar satışlarının son 5 ildəki dəhşətli geriləmə tendensiyasını göstərir.  

Eyni bazar satışları dedikdə ən azı 13 ay əvvəl açılmış all McDonald's restoranları nəzərdə tutulur, həmçinin müvəqqəti bağlanmış restoranlar da bu siyahıya daxil edilir.

Bazar ertəsi McDonald's bəyan edib ki, çox güman ki, 4-cü rüb üçün göstəricilər də bu davamlı neqativ tendensiyanın təsirinə məruz qalacaq. Çindəki  təchizat problemi 0.07 t- 0.10 dollar, dolların möhkəmlənməsi isə 0.07 t-0.09 dollar civarinda səhm başına düşən gəlirlərə təsir edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Analizlər göstərir ki, istehlakçılar McDonald's üz döndərərək, Chipotle-leyə tərəf üz tuturlar.

McDonald's-un icraçı direktoru Don Thomson məsələ ilə bağlı bunları qeyd edib və insanların Chipotle-də hansı səbəbdən nahar etməsini çox dəqiq təsvir edib.

“Müştərilər öz yeməklərini yerli inqrediyentlər ilə özünküləşdirmək istəyir” _ Tomson deyib. “Onlar həmçinin xoş və qonaqpərvər ab-havası olan bir mühitdə yemək yeməkdən zövq almaq istəyir. Həmçinin onlar seçim istəyir – necə sifariş etmək seçimi, nə sifariş etmək seçimi, necə xidmət olunmaq seçimi”.

Chipotle-də sifariş etməyin 600-dən çox üsulu vardır.

3-cü rüb ərzində Chipotle-nin eyni bazar satışları 19,8% yüksəlmişdi. Eyni dövr ərzində McDonald's-ın eyni bazar satışları isə 3,3% azalmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et