MBNP-nin sədri Rüfət Aslanlı kimdir? | Banco.az

MBNP-nin sədri Rüfət Aslanlı kimdir?

Rüfət Aslanlı Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilib və həmin müddətdən bəri bu vəzifəni icra edir. 

Rüfət Aslanlı kimdir?

Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Karyera

Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir.

1994-cü il dekabr  - Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995- ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.

2006-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Ailəlidir, 3 övladı var.

Qardaşı Aslanov Fuad Cəbrayıl oğlu "Bank Avrasiya" ASC-nin idarə heyətinin sədridir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et