Mayonez 200 milyon vəsait cəlb edə bilib | Banco.az

Mayonez 200 milyon vəsait cəlb edə bilib

Son zamanlarda insanların sağlam və dadlı qidalara olan tələbatı bu sənayenin inkişafına təkan verir. Fərqli tam və sağlam inqredientlərdən ibarət məhsullara ehtiyacın olduğu anda, Just Inc. şirkəti bazara daxil olur.

Tərkibinə yumurta əlavə edilməyən mayonez istehsalçısı olan Just Inc. korporasiyası, addımlarını fərqli xüsusiyyətlərinə arxalanaraq inamla atır. Şirkətin uğuru maliyyələşdirmə prosesinin yeni mərhələsində 200 milyon dollar vəsait cəlb edə bilməsi ilə bir daha təsdiqlənir. Bu haqda məlumatı Bloomberg agentliyi öz rəsmi saytında dərc edib.

San-Fransiskodan olan start-up bitki mənşəli qidaların istehsalı ilə məşğul olur. Bu fərqliliyi sayəsində şirkət çinli səhmdarların diqqətini cəlb edə bilib.

Həmçinin oxu: Diesel ilə ortaq kolleksiya çıxararaq dünyanın bəhs etdiyi Berlinli Dönərçi Mustafa bəy!

Şirkət iki il ərzində fəaliyyətini və adını dəyişərək ən maraqlı layihələrdən biri olmağı bacarıb. Belə ki, 2016-cı ildə Just Inc. şirkəti Hampton Creek adı ilə fəaliyyət göstərib. Lakin şirkətin statusu həmin ərəfədə maliyyə göstəricilərinin manipulyasiyası və keyfiyyətsiz məhsulları ətrafında gedən münaqişələrdə daim hallanırdı. Maliyyə göstəricilərini manipulyasiya etməkdə günahlandırılan şirkət əməkdaşları növbəti maliyyələşdirmə mərhələsi üçün göstəriciləri süni şəkildə artırmaq istədikləri zaman şübhəli qismində saxlanılmışdılar. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın Ədliyyə Nazirliyi Hampton Creek barəsində istintaq aparsa da, qanuna zidd faktlar aşkarlanmayıb. Bu səbəblə aparılan istintaq yekunlaşdırılır. Həmin iki il ərzində şirkət bir neçə ciddi maneələri dəf edərək yenidən fərqli ad və konsepsiya ilə bazara daxil olmağı bacarır. 

Qeyd edək ki, Just Inc. şirkətinin səhmdarları sırasına Yahoo şirkətinin həmtəsisçisi Cerri Yanq (Jerry Yang) belə daxildir. 

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Создатели майонеза без яиц получили $200 млн финансирования

Günel Gözəlova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et