Maraqlı ittihamlarla işdən azad olunan şəxslər | Banco.az

Maraqlı ittihamlarla işdən azad olunan şəxslər

İşə qəbul prosesləri nə qədər yorucu olsa da bəzi hallarda işdən azad etmə də heç də asan baş vermir. Bu yazıda sizə maraqlı ittihamlarla işdən azad olunan işçilər haqda məlumat verəcəyik.

Bilməyərəkdən müdirini təhqir etdiyi üçün

Yəqin ki, mobil telefonu ilə bilməyərəkdən zəng etmək kimi hallar bir çoxlarının başına gəlmiş hadisədir. Belə bir xoşagəlməz hallardan biri də Ceymson Stivensonun başına gəlib. O, özü də bilmədən cibindəki telefonla öz rəhbərinə zəng edib və onun haqda xoşagəlməz ifadələr səsləndirib. Beləliklə, 12 dəqiqə davam edən bu söhbətin sonunda Ceymsonun rəhbəri ondan könüllü işdən çıxmağı tələb edib. Bunun qarşılığında isə Ceymson tənbəllik etməyib və rəhbərini məhkəməyə şikayət edib. Səbəb olaraq isə şəxsi həyata müdaxilə göstərilib.

Narıncı geyim

Floridada yerləşən hüquq şirkətlərindən birində 14 işçi narıncı geyiminə görə işdən qovulub. Beləki, yeni rəhbərlik işin idarəsini ələ aldıqdan sonra bu işçilər maaşların verilməsi ərəfəsində hər ay həftənin 5-ci günü belə ritual həyata keçirirmiş. Şirkət isə bunu özlərinə qarşı etiraz kimi qiymətləndirdiyini bildirərək, onların işinə son qoyub. Belə olan halda, bu işçilərdən 8-i şirkəti məhkəməyə verib.

E-maili böyük hərflərlə yazsanız səbəb göstərin

Beləki, Yeni Zellandiyadan olan Viki Voker öz həmkarlarına formu doldurmağı daha yaxşı başa salmaq üçün öz e-mail məktubunda yazını böyük hərflərlə və qırmızı, tünd şriflərlə yazıb. Şirkət isə onun bu davranışını doğru qiymətləndirməyərək işdən azad edib. Bunun qarşılığında isə Viki məhkəmə yoluyla şirkətdən 17000 dollar təzminat almışdı.

Həmçinin maraqlıdır: 20 yaşına çatmadan milyoner olanlar

Çox istərkən azdan olmayın

Niderlandda yerləşən McDonald’s-da maraqlı bir işdən azad etmə prosesi baş verib. Beləki, işçilərdən biri digərinə qamburger satıb və sonra qamburgeri alan işçi digərindən biraz daha pendir əlavə etməsini xahiş edib. Buna görə də satışı həyata keçirən işçi işdən azad olub. Səbəb isə alıcıdan cizburger deyil, qamburgerin pulunu alması olub. Belə ədalətsiz davranışa görə isə şirkətdə problem yaranıb. Buna görə şirkət satıcı xanıma 4000 evro pul ödəmək məcburiyyətində qalıb.

İşçi sahəsini tərk etdiyiniz üçün işdən qovula bilərsiniz

21 yaşlı Tomas Lopez dənizdə xilasedici olaraq çalışdığı zaman bir nəfər yaşlı adamın sudakı sərhəd xəttindən kənarda boğulduğunu görür və onu xilas etmək üçün postunu boş qoyur. Belə olan halda şirkət onun işinə son qoyur. Lakin sonradan yenidən işə dəvət olunan Tomas işi qəbul etmir. Bunun əvəzində isə ona Floridada yerləşən Hallandeyl Beach-in açarları təqdim olunur. Yaxşılıq zamanında və yerində əvəz gözlənilmədən edilən davranışdır.

Nəcibə Yusifova, Banco.az

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç