Manatımız güclənir | Banco.az

Manatımız güclənir

Artıq Azərbaycan manatı bütün Avropanın birlikdə ərsəyə gətirdiyi valyuta- AVRO-nu da qabaqlayıb. 

1 manat 1 Avro-dan bir qədər daha baha təklif olunur.

Bəs valyutamızın güclənməsi həm özümüzün, həm də dövlətimizin büdcəsinə necə təsir edəcək?

Avro-nun məzənnəsi son 1 ayda 6%, 2 il ərzində 1,28 dollar aşağı düşüb. Bu ABŞ-da dolların məzənnəsinin yüksəlməsi və iqtisadi artımla əlaqədardır. 

Avropa Birliyi Avro məzənnəsinin aşağı salınmasında maraqlıdır. Avro məzənnəsinin aşağı düşməsi Fransa, Almaniya kimi ölkələr üçün sərfəli olsa da, bu ABŞ və Çin üçün maraqlı deyil. Çünki məzənnənin aşağı düşməsi bu ölkələrin ixracını məhdudlaşdırır. 

Ən sərfəli kredit üçün müraciət et

Avro-nun aşağı düşməsi Azərbaycanın iqtisadiyyatına da təsir göstərir. Bu, həm manatın möhkəmlənməsi, həm də Avropadan ölkəyə idxal olunan malların qiymətlərində ucuzlaşmaya səbəb olub. Əsasən də, Avropadan ölkəyə gətirilən avtomobillərin qiymətlərində. Ancaq Avro-nun aşağı düşməsi təkcə avtomobillərin deyil, bir sıra ərzaq və sənaye məhsullarının qiymətinə də təsir gəstərib. Avro-nun ucuzlaşması Avropaya mal ixrac edən iş adamlarının rəqabət qabiliyyətini zəiflədəcək.  Bu da Azərbaycan məhsullarının Avropaya ixracını azaldacaq.

Space TV

Ən sərfəli krediti almaq üçün müraciət et