Manat dollar, avro və funta qarşı - 1 illik analiz | Banco.az

Manat dollar, avro və funta qarşı - 1 illik analiz

Azərbaycan manatı dəyişkən xasiyyətli bir tədiyyə vasitəsidir. İqtisadiyyatımız neftdən asılı olduğundan və dünya neft qiymətlərinin beynəlxalq valyutalarla tənzimləndiyindən  bu qeyri-sabitliyi normal hesab etmək olar. 

Bu dəfə Banco.az portalı Azərbaycanın manatının üç xarici valyutaya – ABŞ dolları, Avro və İngilis funt sterlinqinə qarşı münasibətdə  illik analizini aparır.

Beləliklə manat 1 il əvvəl və indi

Cədvəldən də göründüyü kimi, ötən ilin oktyabrı ilə müqayisədə manat hər üç valyutaya qarşı ucuzlaşıb, ən çox ucuzlaşma isə funt sterlinqə qarşı olub - 16%.

Valyutalar

17.10.2016

17.10.2017

Bahalaşma

1 ABŞ dolları

1,5969

1,7003

6%

1 Avro

1,7543

2,0028

14%

1 Funt Sterlinq

1,9419

2,2538

16%

1 il müddətində manat dollara qarşı 6% ucuzlaşıb. Əgər ötən ilin Oktyabr ayında, siz əlinizdəki dolları satıb, hər hansı bir bankda 15%-lik illik əmanət qoymuş olsaydınız, onda sizin illik gəliriniz 15-6=9% olardı.

Əksinə, siz əlinizdəki manatı satıb, 3%-lik (qorunan)  dollar əmanəti yerləşdimiş olsaydınız onda sizin qazancınız yenə 3+6=9% olardı.  15% və 3% manat və dollarda yerləşdirilən əmanətlərin sıortalanama biləcəyi ən yüksək faizdir.

Amma göründüyü kimi bir il əvvəl sadəcə funt ya avro almış olsaydınız, vəsaitiniz cari hesabda qalmış olsa belə daha çox artmış olacaqdı. Hətta Brexit və Katalunya hadisələrinə rəğmən.

1 dolların 1 il ərzində ən baha olduğu dövr  01.02 2017 tarixinə təsadüf edir - 1,9200 AZN

1 avronun  1 il ərzində ən baha olduğu dövr  01.02 2017 tarixinə təsadüf edir  2,0719 AZN

Ən sərfəli kredit üçün müraciət et

1 funt sterlinqin 1 il ərzində ən baha olduğu dövr -  02. 02. 2017-ci il tarixinə təsadüf edir - 2.4315 AZN

Gəlin indi isə bloomberg-in təqdim etdiyi qrafiklərə  nəzər salaq:

USD:AZN cütlüyü, 16.10.2016 - 17.10.2017

Əgər  mərkəzi bankın statistikasında bir il əvvələ qayıtsaq 1 ABŞ dollarının oktyabr ayının başlanğıcında 1.617  AZN,  1 avronun 1.816 AZN, bir İngilis funtunun isə 2.092 AZN-dən başladığını görəcəyik. Fevral - May ayları ərzində manat nisbətən öz pozisiyalarını bərpa edib.

WTI markalı neftin qiyməti il ərzində (USD)

Neftin qiyməti və UZD:AZN cütlüyü

Avro: AZN cütlüyü, 1 il ərzində

GBP:AZN, il ərzində

2016-cı ilin sonuna 1 dollar 1.770 AZN,  1 avro 1.864 AZN , bir ingilis funtu isə  2.174 AZN olaraq ili başa vurur.  Son üç ayda, yəni oktyabr, noyabr və dekabr ayında 1 manat dollar qarşısında  təqribən 9.5%,  avro qarşısında  2.6%, ingilis funtu qarşısında isə 3.9 % azalması müşahidə edilmişdir.

Azeri light markalı neftin bir barrelinin qiyməti artıqca dollar qarşısında dəyər qazanan Azərbaycan manatı hələ də 1.70 AZN –lik səviyyəsini qoruyur. Artıb-azalmalarla müşahidə edilən avroda isə avqust-sentyabr ayları ərzində ən yüksək göstərici sentyabr ayının əvvəllərində nəzərə çarpmışdır ki, bu da 2.053 AZN-dir, ən aşağı göstəricisi sentyabr ayının sonlarında 1.995 AZN olmasına baxmayaq  hazırki göstəricisi 2.008 AZN səviyyəsindədir.  24  Avqust tarixində həmin ay üzrə ən aşağı  göstəricisi 2.175 AZN olaraq qeydə alınmış ingilis funtunun ən yüksək göstəricisi isə 22 sentyabr tarixində müşahidə edilərək 2.310 AZN olmuşdur. Hazırda isə  bu göstərici 2.25 AZN- dir.