Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 2 | Banco.az

Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 2

Sizi hər dəfə yeni rubrikalarla sevindirən Banco.az komandası bu dəfə də sizlər üçün həftəlik yeni bir rubrika üzrə yazır. Məqaləmiz bazarda ən çox tələb olunan maliyyə uçotu üzrə suallar və onların izahlarından ibarətdir. Bu rubrikamız  Financial Accounting beynəlxalq sertifikatı almaq istəyənlər üçün köməkçi olacaq.  İkinci dərsimiz maliyyə hesabatının əsas elementləri haqqında olacaqdır.

1) Sual: Müəssisələrin maliyyə hesabatlarına hansılar daxildir?

Cavab: maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər hesabatı

2) Sual: Maliyyə vəziyyəti haqqında hesabat nə deməkdir?

Cavab: Maliyyə vəziyyəti haqqında hesabat müəssisənin müəyyən bir tarixdə sahib olduğu və borclu olduğu vəsaitlərin siyahısını göstərir. Bu hesabat müəssisənin maliyyə vəziyyətinin bir ana olan təsviridir.

3) Sual: Aktivlər nədir?

Cavab: Aktiv müəssisənin sahib olduğu və ya işlətdiyi hər hansı bir dəyərli vəsaitdir.

4) Sual: Öhdəliklər nədir?

Cavab: Öhdəlik hər hansı bir digər şəxsə olan borcdur.

5) Sual: Kapital nədir?

Ən sərfəli kredit üçün müraciət et

Cavab: Müəssisə sahibinin müəssisəyə investisiya etdiyi məbləğdir.

6) Sual: Maliyyə vəziyyəti haqqında hesabatın forması necədir?

Cavab: 

 

7) Sual: Mənfəət və zərər hesabatı nədir?

Cavab: Mənfəət və zərər hesabatı müvafiq dövr ərzində əldə edilmiş və ya sərf edilmiş xərclərin yazılışını əks etdirir.

8) Sual: Gəlir və xərc nə deməkdir?

Cavab:Gəlir pulun qazanılması, xərc isə nəyəsə sərf olunmasıdır.

9) Mənfəət və zərər hesabatının forması necədir?

10) Sual: Başqa hansı hesabat mövcuddur?

Cavab: Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Auditor rəyi hesabatı

Xəzər Aslanov. banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et