Maliyyə üzrə iş tapmaq istəyənlərə kömək olacaq 3 sertifikat! | Banco.az

Maliyyə üzrə iş tapmaq istəyənlərə kömək olacaq 3 sertifikat!

Hər dəfəsində çalışıram ki, maliyyəçi dostlarımız üçün dünyada mövcud olan maliyyə sertifikatları barədə məlumat verəm. Əslində bizim ixtisasımız genişdi deyə, iqtisadiyyatda olan çox sertifikatların bir ucu bizə toxunur. Yəni bu sertifikatlardan birin əldə etməklə işə düzəlmək olur.  Düzdü ölkəmizdə təəssüf ki, bu sertifikatların sayı çox azdır, amma əgər google axtarış şəbəkəsində araşdırsanız milyonlarla maliyyə dərəcələri tapa bilərsiniz.

Düzü gəlin razılaşaq ki, ölkəmizdə heç bir universitet praktiki bir şey öyrətmir, zatən kursa getməkdə məqsəd həmin sahə üzrə işləyənlərdən praktiki nəsə öyrənməkdir. Elə bu gündə məlumat verəcəyim bu 3 sertifikat praktiki nəsə öyrədən sertifikatlardır. Gəlin vaxt itirmədən başlayaq.

1) Chartered Alternative Investment Analyst

Dünyada 9 000 -dən çox insanın bu sahə üzrə dərəcəsi mövcuddur. Əslində bu imtahan risk və protfel menecment ilə bağlıdır və iki Level-dən ibarətdir. Namizədlərin 75%-i  12 aydan 18 aya bu sertifikatı qazana bilirlər. 

Proqramın əhatə etdiyi mövzular barədə ətraflı məlumat üçün link

Ən sərfəli kredit üçün müraciət et

Proqrama hazırlaşmaq üçün vəsaitlərin linki

2) Financial Modelling and Valuation Analyst

Bu sertifikat maliyyə modellərinin qurulması, biznes trendlərinin təhlili, exceldə maliyyə funksiyalarının işlənmə praktikası, maliyyə və mühaisbat analizindən bəhs edir. Sertifikat haqqında ətraflı məlumat üçün bu linkdən istifadə etmək olar.

3) Certified Management Accountant

Bu sertifikat iki hissədən ibarətdir, birinci hissə maliyyə planlamasını ikinci hissə isə maliyyə qərarlarından bəhs edir.  Ətraflı məlumat almaq üçün bu linki izləyə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et