Maliyyə riskləri sahəsində işləyənlər üçün lazım olan 8 risk termini! | Banco.az

Maliyyə riskləri sahəsində işləyənlər üçün lazım olan 8 risk termini!

Risklər maliyyə bazarının bir paçrasıdır, dəqiq desək əsas parçasıdır. Risk sahəsində  işləyənlər həmin sahəyə aid  terminləri bilməli və iş prosesində istifadə etməlidir. 

1) Alfa əmsalı (Alpha)

Risk/gəlirlilik modellərinin (məsələn CAPM) proqnozlaşdırdığı gə lirlilik səviyyəsindən artıq olan gəlirlilik. Qiymətli kağızın və ya fondun riskə uyğunlaşdırılmış gə- lirliliyini ölçür. Məsələn, CAPM təh lili əsasında portfelin gəlirliliyi 10% proqnozlaşdırılmış, lakin gəlirlik 15% təşkil etmişdir. Bu təqdirdə Alfa 5% təşkil edir.

2) A2/P2 Spredi (A2/P2 spread)

30 günlük A2/P2 (aşağı key fiyyətli) və AA (yüksək key fiyyətli) qeyri-maliyyə kommersiya kağızlarının faiz dərəcələri arasındakı fərq. Bu spred A2/P2 kommersiya kağızının AA kommersiya kağı- zına nisbətdə “risk mükafatı”dır. Bu göstəricinin qiyməti fond baza rının ümumi vəziyyətinin qiymət ləndirilməsi, o cümlədən defolt riskinin müəyyənləşdirilməsi üçün mühüm indiqator hesab olunur. Odur ki, bu göstəricinin qiymətinin dəyişməsi daim diqqət mərkəzində saxlanılır. 

3) Aktivlərin paylanması (Asset allocation)

Risklərin balanslaşdırılması məqsədi ilə tətbiq olunan investisiya strategiyası. Bu strategiya mövcud vəsaitlərin müxtəlif aktivlər (səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və s.), o cümlədən yerli və xarici aktivlər arasında paylanmasını nəzərdə tutur. Başqa sözlə, müxtəlif gəlirlilik və risk dərəcəsinə malik aktivlərdən ibarət investisiya portfelinin strukturunun formalaşdırılması. 

4) Beynəlxalq reytinq agentliyi (Moody’s)

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq reytinq agentliyidir. Moody’s reytinqləri risk səviyyəsi və alıcının borc üzrə ödənişləri vaxtında edə bilməsi əsasında müəyyən edir. Reytinqlər aşağıda göstərilmişdir 

Aaa, A - ən yüksək reytinq, aşağı risk 

Baa, Ba, B – orta qiymət, orta risk 

Caa, Ca, C - aşağı qiymət, yüksək risk

5) Birləşmə üçün Arbitraj (Merge arbitrage)

Risksiz mənfəət yaratmaq üçün iki birləşən şirkətin səhmlərinin eyni vaxtda alınması və satılması əməliyyatlarını əhatə edən hedc fond strategiyası.

6) Diversifikasiya (Diversification)

Portfelin ümumi riskini azaltmaq məqsədilə investisiyanı fərqli tipli qiymətli kağızlar və müxtəlif sahələrdə olan şirkətlər arasında yaymaq strategiyası. 

7) İnvestisiya dərəcəsi (İnvestment grade)

Müflisləşmə riskinin aşağı olmasını əks etdirən reytinq dərəcəsi. 

8) Kapitalın adekvatlıq əmsalları (Capital adequacy ratios)

Birinci dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk də rəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbəti.

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et