Maliyyə ombudsmanı kimdir və nə üçün lazımdır? | Banco.az

Maliyyə ombudsmanı kimdir və nə üçün lazımdır?

Maliyyə ombudsmanı (və ya maliyyə bazarlarında ictimai barışdırıcı) – maliyyə təşkilatları və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün yaradılmış qurumdur. Bu orqan daha çox bank sektoru, qiymətli kağızlar bazarı və sığorta sahəsində yaranan problemlərin həlli ilə məşğuldur. 

İlk maliyyə ombudsmanı 1981-ci ildə İngiltərədə Sığorta ombudsmanının yaranması ilə fəaliyyətə başlamışdır. İlk universal maliyyə ombudsmanı 1992-ci ildə Almaniyada yaradılmışdır. Hal-hazırda maliyyə ombudsmanı 40-dan çox ölkədə (Almaniya, İngiltərə, Fransa, Niderland, Danimarka, Litva, CAR, Polşa, Pakistan, İtaliya, Şri-Lanka və s.) fəaliyyət göstərir. Bəzilərində bu qanunvericiliyə uyğun, bəzilərində isə maliyyə təşkilatları ilə qarşılıqlı razılaşma əsasında fəaliyyət göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Ombudsmana müraciəti yalnız fiziki şəxslər edə bilər və bu xidmət pulsuzdur. Maliyyə ombudsmanı borcun restrukturizasiyasına (kreditin qaytarılması şərtlərinə - vaxtına, ödəmə məbləğinə), borcun yenidənmaliyyələşməsinə (mövcud kreditin ödənilməsi üçün yeni kreditin alınmasına nail olmaq) yardım edə bilər. Bununla yanaşı o, bank-kreditorun fəaliyyətinin qanunauyğunluğunu yoxlaya bilər. 

Ombudsman institutu qərbdə çox geniş tətbiq edilir və mütəxəssislər hesab edirlər ki, həm banklar, həm də müştərilər üçün çox faydalıdır. Çünki problemlərin məhkəmədə həll edilməsi onların reputasiyaları üçün o qədər də yaxşı deyil.

Azərbaycan Mərkəzi Bankı, cbar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç