Maliyyə leverici nədir? | Banco.az

Maliyyə leverici nədir?

Maliyyə leverici borc kapitalının ümumi kapitala olan nisbətidir, yəni borc kapitalının ümumi kapitalda tutumunu və müəssisənin borc kapitalından istifadə dərəcəsini göstərir.

Həmçinin maliyyə leverici müəssisənin maliyyə dayanıqlılığını və kapitalın risk dərəcəsini müəyyən edir. Maliyyə levericinin yüksək olması maliyyə riskini artırır, maliyyə riskinin artması isə WACC-ın (orta çəkili kapitalın dəyərinin)və borc kapitalına görə xərclərin artmasına səbəb olur, bu da müəssisənin müflisləşmə riskinin yüksəlməsinə səbəb olur.

MALİYYƏ LEVERİCİ HƏDDİ

Maliyyə leverici həddi (DFL) xalis mənfəətin faiz dəyisməsi (%∆NI ) ilə faiz və vergi ödəmələrindən əvvəlki mənfəətin faiz dəyişməsinin (%∆EBIT ) nisbətinə bərabərdir. Eləcə də bu göstərici faiz və vergi ödəmələrindən əvvəlki mənfəətin (EBİT) vergi ödəmələrindən əvvəlki mənfəətə (EBT) nisbətinə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

DFL=%∆NI∕%∆EBIT=EBIT∕EBT

Əgər Maliyyə leverici həddi DFL=2 –dirsə və əgər EBİT 10% artarsa (azalarsa) EPS (NI-xalis mənfəət) və EBT 20% artacaqdır (azalacaqdır).

Qeyd edək ki, borc kapitalından daha çox istifadə maliyyə levericini artırır, maliyyə levericinin yüksək olması isə öz növbəsində yüksək gəlir vəd edir amma nəzərə almaq lazımdır ki, bu zaman risk dərəcəsi də yüksək olur. Deməli, maliyyə levericinin yüksək olması müəssisənin müflisləşmə riskini də artırır. Həmçinin borc kapitalının yüksək olması borc üçün ödənilən faiz dərəcəsini, yəni borc kapitalına görə xərcləri artırır, bu da kapitaldan əldə olunan gəlir səviyyəsinə mənfi təsi göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et