Maliyyə Hesabatları -Test 1 - CAVABLAR | Banco.az

Maliyyə Hesabatları -Test 1 - CAVABLAR

Cavabların təhlili: 

 

1. Hansı maliyyə hesabatı müəyyən bir dövr ərzində müəssisənin mənfəətliliyini özündə əks etdirir? 
Doğru cavab:
Mənfəət və zərər hesabatı 
Cavabın izahatı: Cavab B: (mövzu - MH6: Mənfəət və zərər hesabatı) Mənfəət və zərər hesabatı müəyyən bir dövr ərzində müəssisənin gəlirlərini və xərclərini özündə əks etdirir. Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat müəyyən bir dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətini (pul girişi (mədaxil) və çıxışları (məxaric)) özündə əks etdirir. 


 

2. Aşağıdakılardan hansı maliyyə hesabatlarının təhlilinə aid deyil
Doğru cavab:
Müəssisənin rəhbərliyinin idarəçilik qabiliyyətini qiymətləndirir 
Cavabın izahatı: Cavab B: (mövzu - MH1: Maliyyə Hesabatlarının Təhlilinə Giriş) Maliyyə hesabatlarının təhlili - əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar. 


 

3. A müəssisəsinin 17.10.2015 tarixinə cəmi aktivləri = 1 200 AZN, cəmi öhdəlikləri = 750 AZN, nizamnamə kapitalı = 600 AZN-dir. Bu məlumatlara əsaslanaraq, müəssisənin bölüşdürülməmiş mənfəəti nə qədərdir? 
Doğru cavab:
-150 AZN 
Cavabın izahatı: Cavab C: (mövzu - MH10: Balans hesabatı) (1,200 − 750 − 600) = −150 


 

4. Aşağıdakılardan hansı balans hesabatının əsas düsturudur? 
Doğru cavab:
Aktivlər = Kapital + Öhdəliklər (A = K + Ö) 
Cavabın izahatı: Cavab B: (mövzu - MH10: Balans hesabatı) Aktivlər = Kapital + Öhdəliklər (A = K + Ö) 


 

5. US. GAAP və IFRS görə maliyyə hesabatlarının ortaq keyfiyyət meyarları hansılardır? 
Doğru cavab:
Şəffaflıq, əhatəlilik (anlaşılan) və ardıcıllıq (daimilik) 
Cavabın izahatı: Cavab A: (mövzu - MH4: Maliyyə Hesabatlılığı Standartları) U.S. GAAP və IFRS görə maliyyə hesabatlarının ortaq keyfiyyət meyarları aşağıdakılardır: • Şəffaflıq – müəssisəyə dair iqtisadi reallıqlar maliyyə hesabatlarında əks olunmalıdır. • Əhatəli (anlaşılan) – müəssisəyə dair bütün biznes peroseslər, təbirlər, əməliyyatlar, fəaliyyətlər maliyyə hesabatlarında əks edilməlidir. • Ardıcıllıq (daimilik) ¬ əgər maliyyə hesabatları müəyyən düvrdən bir təqdim edilirsə, o zaman qeyd edilən düvrə uyğun maliyyə hesabatları yenilənməli və daim izlənməlidir. 


 

6. Müəssisəni təhlil edən şəxs müəssisənin maliyyə uçotu və qiymətləndirilməsi barədə məlumatları hansı mənbəədən əldə edə bilər? 
Doğru cavab:
Maliyyə hesabatlarına qeydlər və Rəhbərliyin müzakirə və təhlilləri 
Cavabın izahatı: Cavab A: (mövzu - MH5: Əlavə Maliyyə Hesabatları) • Maliyyə hesabatlarına qeydlər - əsas maliyyə hesabatlarında təqdim edilən məlumatlara əlavə olan informasiyanı daxil edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı təmin edir. Misal olaraq, müəssisə tərəfindən avadanlıqların amortizasiyasının hansı metodla (düz xətt, ikiqat azalan metod) hesablanmasını, məhsulların mühasibat uçotunun hansı üsulla aparılmasının (FIFO, LIFO və s.) və s. göstərə bilərik. • Rəhbərliyin müzakirə və təhlilləri - Bu hesabat müəssisənin fəaliyyətinə, kapitalına, likvidliyinə təsir edəcək mühüm hadisələri özündə əks etdirir. Burada müəssisənin fəaliyyət göstərdiyi mühitin dəyişməsi, müəssisənin bu dəyişikliklər və onların təsirinə reaksiyası, dividendlərin ödənilməsi təcrübəsi, müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin qorunub saxlanması və yaxşılaşdırılmasına yönəlmiş investisiya siyasəti, müəssisənin balans hesabatında tanınmamış resursları və bunun kimi digər önəmli amillər əks olunur. • Auditor rəyi – audit aparılan müəssisənin maliyyə vəziyyətinə, əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyi müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor mühasibat (maliyyə) hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. • Proxy hesabatlar - İdarə heyəti üzvlərinin seçilməsi, kompensasiyalar, səhmlərin emissiyası və bunun kimi vacib məsələlər əks olunur. 


 

Ən sərfəli kredit üçün müraciət et

7. Müəssisənin illik satışı 250 000 manat, ortalama alacaqları isə 150 000 manat olarsa, alacaqların əldə edilmə vaxtını hesablayın: 
Doğru cavab:
219.0 gün 
Cavabın izahatı: Cavab C: (mövzu – MH13: Maliyyə əmsalları) Alacaqların dövriyyəliliyi = 250 000 / 150 000 = 1.66667 Yığım dövrü = 365 / 1.66667 = 219 gün 


 

8. Avadanlığın qiyməti 10 000 man., qalıq dəyəri 1 500 man., istifadə müddəti isə 5 ildir. Amortizasiya xərclərini ikiqat azalan balans metodu ilə hesablasaq, 4-cü ildə amortizasiya xərci nə qədər olacaqdır?
Doğru cavab:
660 
Cavabın izahatı: Cavab C: (mövzu – MH8: Xərclərin tanınması metodlarları) 1-ci il İAB amortizasiya xərci = 2/5 * 10 000 = 4 000 2-ci il İAB amortizasiya xərci = 2/5 * (10 000 - 4 000) = 2 400 3-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 - (4 000 + 2 400)) = 1 440 4-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 - (4 000 + 2 400 + 1 440)) = 864 Cəmi amortizasiya xərci 8 704 manatdır (4 000 + 2 400 + 1 440 + 864). Əsas vəsaitin dəyəri ilə qalıq dəyəri arasındakı fərq isə 8 500 manatdır (10 000 – 1 500). Deməli, 4-cü ildə amortizasiya xərci 204 manat az göstərilməlidir, yəni, 660 manat. 


 

9. Müəssisənin qısa müddətli borc öhdəliklərini ödəmə qabiliyyətini aşağıdakı əmsallardan hansı ilə ölçmək olar? 
Doğru cavab:
Cari əmsal 
Cavabın izahatı: Cavab A: (mövzu – MH13: Maliyyə əmsalları) Cari əmsal, ödəmə müddəti 1 il vəya 1 ildən az olan borcları ödəmə qabiliyyətini ölçən əmsaldır. 


 

10. IFRS standartlarına tabe olan müəssisələrə məhsulların uçotunu hansı metodu ilə aparılmasına qəti şəkildə icazə verilmir
Doğru cavab:
LIFO 
Cavabın izahatı: Cavab A: (mövzu - MH12: Hazır məhsulların uçota alınması metodları) IFRS standartlarına tabe olan müəssisələrə məhsulların uçotunu LIFO metodu ilə aparılmasına qəti şəkildə icazə verilmir.