Maker (MKR) nədir? Haradan almaq olar? | Banco.az

Maker (MKR) nədir? Haradan almaq olar?

Maker ekosistemində iki token var: Dai və MKR. Dai qiymət baxımından sabit tokendir, MKR isə dəyişkən qiymət strukturuna malikdir. Xidmət və istifadə tokeni olan MKR Maker sistemindəki yeganə təkrar sərmayə qaynağıdır.

Maker sistemi daxilində Dai istehsalında əməliyyat haqqı MKR ilə ödənilir. MKR-nin xidmət tokeni xüsusiyyəti buradan gəlir. Ödəmə edildikdə, token yandırılır. Bununla da ümumi token sayı azalır. Dai-yə olan tələb MKR-yə tələbatı artırır.

MKR idarə tokeni olaraq Maker sisteminin iş məntiqi və risk idarəetməsi təsdiqində istifadə edilir. Risklərin idarə edilməsi sistemin uğuru və davamlılığı üçün vacibdir. Bütün MKR sahibləri istədikləri təklifə səs verə, istənilən vaxt oyundan çıxa və yeni təklif edə bilərlər. Ən çox səs alan təklif aktivləşdirilərək sistemin risk parametrlərində dəyişikliklər aparıla bilər. Platformada təhlükəsizliyin təmin edilməsi üçün təklifin aktivləşdirildikdən sonra qısa müddət ərzində “təhlükəsizlik gecikməsi” yaşanır.

Komanda platormanın Dai-in gələcəyinə Maker birliyi ilə məsləhətləşərək qərar verir. Hazırlanacaq mərkəzsiz tətbiqlərlə birlikdə “Metamask”, “Mist” və “Parity” istifadə edərək MKR ilə təsdiqləmə mümkün olacaq. Platforma daha təkmil xüsusiyyətlərini hazırlayacaq. Səsvermənin səs istifadəçilərə köçürülməsi və soyuq depoda saxlanılan MKR tokenləriylə etibarlı şəkildə səsvermə prosesi bunlardan ən vacibidir.

Ən sərfəli kredit üçün müraciət et

Haradan almaq olar?

Cəmi 1 milyon olan MKR tokeninin təxminən 618 mini dövriyyədədir. Yüksək qiyməti ilə diqqət çəkir. 2018-ci il yanvarın 21-də 1687 dollar ilə rekord qıran MKR hazırda 735 dollar civarındadır. 454 milyon dollar bazar dəyəri ilə kriptovalyutalar arasında 41-ci yerdədir. “OKEx” və “Bibox” birjalarından almaq olar.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et