Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz | Banco.az

Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz

Məqalədə Almaniyanın iki lüks avtomobil brendi BMWMercedes-Benz arasındakı rəqabət araşdırılmışdır.

Avtomobil sektoru dedikdə ilk ağlımıza gələn ölkə sözsüz ki Almaniya olur. Çünki bu ölkə dünyanın ən yaxşı avtomobillərini istehsal edən ölkələrdən biridir. Mühəndislik sahəsindəki nailiyyətlərini avtomobil sektoruna tətbiq edən Almaniyanın BMW, Mercedes-Benz, Audi, Volkswagen, Opel və Porsche kimi tanınmış avtomobil brendləri mövcuddur. Bu brendlər arasında isə ən çox BMW və Mercedes-Benz arasındakı rəqabət diqqəti cəlb edir.

Iki böyük avtomobil brendi arasındakı rəqabətin araşdırılmasına ötən ilin satış göstəricilərinə nəzər salaraq başlayaq. Londonun xəbər agentliyi “Reuters” in yayımladığı xəbərə görə, 2017-ci ildə BMW avtomobil satışlarını öncəki ilə görə 4.2 % artıraraq ümumilikdə 2.9 milyon avtomobil satdı. Mercedes-Benz isə 9.9% artımla 2.29 milyon satış həyata keçirdi və bu göstərici ilə 2016-cı ildən sonra ikinci dəfə ardıcıl olaraq dünyada ən çox lüks avtomobil satan şirkət oldu. 2016-cı ildən əvvəl isə BMW təqribən 10 il boyunca lüks avtomobil satışları kateqoriyasında zirvədə yer alırdı.

Iki avtomobil brendi arasındakı rəqabətlə əlaqəli olaraq statistika platforması “Statista” nın verdiyi məlumatlara görə 2017-ci ildə ABŞ da keçirilən müştəri məmnuniyyəti araşdırmasında BMW 82 bal toplayarkən, Mercedes-Benz 84 bal toplamışdır. Qeyd edək ki, orta göstərici 81 olaraq müəyyənləşdirilmişdir.

“Statista” nın yayımladığı bir digər statistik göstərici isə marka dəyərləri ilə bağlıdır. Aparılan araşdırmaya əsasən, 2017-ci il ərzində dünya üzrə avtomobil sektorları arasında marka dəyərinə görə ilk pillədə 28.7 milyard dollar həcmində marka dəyərinə sahib Yaponiyanın avtomobil brendi “Toyota” yer alır. Siyahının ikinci sırasında 24.56 milyard dollarlıq marka dəyəri ilə BMW, üçüncü sırada isə 23.51 milyard dollarlıq marka dəyəri ilə Mercedes-Benz qərarlaşır.

Istehlakçılar üçün hansı avtomobil brendi daha yaxşıdır?

“U.S News” adlı internet saytı ötən ilin may ayında yayımladığı məqalədə bu iki avtomobil nəhəngini etibarlılıq, təhlükəsizlik, performansavtomobilin salonu kimi meyarlara görə qarşılaşdırmış və hər bir kriteriyada hansı brendin daha yaxşı olduğunu müəyyənləşdirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Etibarlılıq: Mercedes-Benz

Qlobal bazar araşdırması şirkəti olan “J.D. Power and Associates” hər il marka etibarlılıq göstəricilərini yayımlayır. Şirkətin hazırladığı siyahı hər bir avtomobil brendinin sahib olduğu 100 avtomobilin problemli tərəflərini əks etdirir. Mercedes-benz 2017-ci ildə 100 avtomobil üzrə 131 problemlə ilk beşdə yer aldı. BMW isə 139 problemlə Mercedes-Benzin iki pillə gerisində qərarlaşdı.

Təhlükəsizlik: BMW

2017-ci ilin may ayı üzrə təhlükəsizlik göstəriciləri Mercedes-Benz modelləri üçün C sinfi (10 üzərindən 9.3), GLE (10 üzərindən 9.7) və E sinfi (10 üzərindən 10) idi. BMW – nin isə iki seriyası və X1 təhlükəsizlik testlərində 10 üzərindən 10 xal aldı.

Performans: BMW

Son illərdə BMW rahatlığa daha çox diqqət yetirir. Mercedes-Benz isə performansı artırmaq üçün yeni addımlar atır. Lakin göstəricilər hələ də BMW-nin performansda daha yaxşı olduğunu deyir.

BMW X4 və 3 seriyasının hər ikisi 8.8 lik performans balına sahibdir. X6 və 2 seriyası 8.9 bal, X5 və 4 seriyası isə tam 9 bal alır. 5 seriyası isə sahib olduğu 9.1 balla performans baxımından ən yaxşı BMW modeli hesab edilir.

Mercedes-Benz üçün isə S seriyası 9.2 performans balı ilə zirvədə yer alarkən, onu 8.9 balla SL və CLS izləyir. Bütün bu BMW və Mercedes-Benz modelləri içərisində ən yüksək performans balına S seriyası sahib olsa da, BMW yüksək performans balına sahib olan daha çox modelə malik olmasına görə ön plana çıxır.

Avtomobilin salonu: Mercedes-Benz

Avtomobilin salonundan bəhs edərkən burada Mercedes-Benzin BMW-ə qarşı üstünlüyü olduğu görünür. Xüsusilə də Mercedes-Benzin S və E seriyasına göz atdığınızda salonun rahatlığı və dizaynında ustalıq müşahidə edirsiniz ki, bu sahədə S seriyası 9.2, E seriyası isə 8.9 bala sahibdir.

BMW – nin isə bütün modelləri 7.5 ilə 8.4 arasında balla qiymətləndirilir. Mercedes-Benzin isə SL, GLS, GLE, GLC və C sinfinin hamısı 8.5 və ya daha çox balla dəyərlədirilir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç