“L’oreal” şirkətini əslində kim yaradıb? | Banco.az

“L’oreal” şirkətini əslində kim yaradıb?

Adını tez-tez eşitdiyimiz dünyanın ən məşhur kosmetika şirkətlərindən olan “L’oreal” fransız mənşəlidir. Özünün istehsal və araşdırma müəssisələri olan şirkət bütün müəssisələrinin işinə ayrı-ayrılıqda nəzarət etməkdədir və demək olar ki, kosmetika imperatorluğuna çevrilmişdir.

Şirkətin yaranma tarixi olduqca qədimdir. 109 illik bir keçmişə malik olan şirkət bir neçə sadə məhsul istehsalı ilə başladığı bu yolda indi 80 000 işçisi olan nəhəng bir holdinq olaraq addımlayır.

“L’oreal” – ı kim təsis etdi?

Fransız mənşəli olan bu şirkətin quruluş tarixi 1900 – cü illərin əvvələrinə təsadüf edir. Alman əsilli gənc bir fransız kimyagər olan Eugene Paul Schueller saça qulluq üçün bir çox formullar yaradaraq öz məhsullarını istehsal etmiş və həmin məhsulları satmağa başlamışdı. 1909 – cu ildə çalışmalara başlayan və məhsullarını tanıdaraq müsbət rəy toplayan Schueller, nəhayət 1919 – cu ildə şirkəti təsis etmiş və peşəkar şəkildə fəaliyyətinə davam etmişdir.

Lakin, şirkətin qururluş tarixi olaraq gənc Eugenenin ilk fəaliyyətə başladığı tarix qəbul edilir. Beləliklə, “L’oreal” şirkəti 1909 – cu ildə Fransada Eugene Paul Louis Schueller tərəfindən yaradılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

İllər ərzində yeni kimyagərlər və işçilər qəbul edən, yeni məhsullar istehsal edib bazara çıxaran şirkətin şöhrəti qısa müddətdə bütün Fransaya yayılır, sonra isə bugünki kimi bütün dünyanın tanıdığı bir şirkətə çevrilir.

“Olay”“Neutrogena” kimi şirkətlərlə bərabər dünyanın ən böyük kosmetika şirkətlərindən olan “L’oreal”, böyüməsinə və inkişaf etməsinə baxayaraq öz mərkəzi binasını Fransada saxlamışdır. Təbii ki, bunda Fransanın ətirlərin, kosmetikanın, bir sözlə gözəllik məhsullarının vətəni olmasının da təsiri böyükdür.

“L’oreal” – ın sahibi kimdir?

Günümüzdə “The Body Shop”, “Lancome” kimi bir çox filiala sahib olan şirkət 26 milyard avroya yaxın gəlirə sahibdir.

2006 – cı ildən bəri isə şirkətin idarəsi Jean Paul Agonun əlindədir. O, şirkətin həm CEO – su, həm də idarə heyətinin sədridir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et