Loqolardakı rənglərin psixoloji təsirləri: Çəhrayı | Banco.az

Loqolardakı rənglərin psixoloji təsirləri: Çəhrayı

Bugünki məqaləmizdə çəhrayı rəngin psixoloji təsirlərindən bəhs edəcəyik. “LogoDesignGuru” adlı internet saytının bu mövzuda hazırladığı məqaləyə əsasən çəhrayı rəng, feminizm, məsumiyyət, gənclik gözəlliyi tərənnüm edir. Eyni zamanda bu rəng uşaqlıq dövrü, sevgi, romantika, sakitlik rahatlığı da əks etdirir.

Qadınlara xas bir rəng olaraq qəbul edilməsi səbəbilə çəhrayı rənginə gözəllik, moda və s. sahələrdə fəaliyyət göstərən markalar tərəfindən tez-tez üstünlük verilir. Bu rəngə həmçinin, uşaq geyimləri və aksesuarları ilə tanınan şirkətlərin loqolarında da rast gəlinir. “99 designs” adlı internet saytının hazırladığı bir məqaləyə görə çəhrayı çox cəhətli bir rəngdir. Çəhrayı rənginin hər bir tonu onu seçən şirkət üçün müasir, gənc və lüks bir görünüş vəd edir.

“The Logo Design” adlı internet saytının yayımladığı məlumata əsasən, qadınlara xas, romantika və uşaqlıq ilə əlaqələndirilən bu rəng hər nə qədər markaların dizaynında ikinci bir rəng olaraq istifadə edilsə də, onu qara və ya ağ rənglər ilə birləşdirdikdə markaların çatdırmaq istədikləri fikri müştəriyə ötürmək qabiliyyətinə malikdir.

Barbie

Uşaqlar üçün məhsullar istehsal edən və loqosunda çəhrayı rəngdən istifadə edən markalardan ən geniş yayılmışı oyuncaq istehsalçısı “Mattel” firmasının sahib olduğu “Barbie”- dir. “Barbie” çəhrayı rəngin məsumiyyəti təmsil etməsinə görə bu rəngə üstünlük verən markalardandır.

Ən sərfəli kredit üçün müraciət et

Cosmopolitan

Beynəlxalq qadın jurnalı olan “Cosmopolitan” çəhrayının qadınlara xas bir rəng olması səbəbilə bu rəngdən istifadə edir.

Dunkin` Donuts

Əsasən donut şirniyyatları və qəhvə satışı ilə məşğul olan ABŞ–ın fast-fud restoranlar şəbəkəsi “Dunkin` Donuts”–un loqosunda istifadə etdiyi iki rəngdən biri çəhrayıdır. Şirkət, güman ki, çəhrayı rəngin müasir bir görünüş gətirməsindən və gənclik və rahatlığı tərənnüm etməsinə görə bu rəngi seçmişdir.

Baskin – Robbins

ABŞ – ın dondurma mağazalar şəbəkəsi “Baskin – Robbins” də çəhrayı rəngdən öz loqosunda istifadə edir. Bunun əsas səbəbi isə uşaqların dordurmanı çox sevmələridir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et