Londonun ən varlı şəxsinin adı açıqlandı | Banco.az

Londonun ən varlı şəxsinin adı açıqlandı

Forbes jurnalı, müxtəlif nominasiyalar üzrə ilin ən varlı şəxslərinin reytinqini hazırlayıb. Alfa-qrup həmtəsisçisi Mixail Fridman 15 milyard dollar varidat ilə Londonun ən varlı insanı seçilib. Daha əvvəl isə bu status Access Industries və Warner Music Group rəhbəri Leonard Blatovnikə aid edilirdi. Qeyd edək ki, hal-hazırda biznesmen Nyu-Yorkda yaşayır.

Forbes jurnalını araşdırmasına görə, Londonda ümumi 226 milyard dollar həcmində varidata malik 55 milyarder yaşayır. London, reytinqin beşinci, Moskva isə milyarder sayına görə üçüncü pilləsində yer alıb.

The Sunday Times jurnalının hazırladığı Böyük Britaniyanın 1000 ən varlı insanı reytinqində, Fridmanın ümumiyyətlə olmadığı bildirilir.

Həmçinin oxu: Qabyuyan olaraq çalışıb dünyanın ən varlı pakistanlısı oldu

Ən sərfəli kredit üçün müraciət et

Forbes jurnalına 2017-ci ilin sonunda verdiyi müsahibə zamanı Fridman; Londonda fəaliyyət göstərdiyini və Böyük Britaniya vergi rezidensiyasının üzvü olduğunu bildirib.

Fridmanın Londonda yerləşən malikanəsi Athlone House ümumi olaraq 65 milyon funt dəyərindədir. Biznesmen özü isə malikənin sıradan bir köhnə ev olduğunu vurğulayıb. 

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Кто самый богатый человек в Лондоне?

Ən sərfəli krediti almaq üçün müraciət et