LivePlan biznes plan proqramı | Banco.az

LivePlan biznes plan proqramı

Onlayn biznes planlaşdırma proqramı biznes planı hazırlamağı, tərəfdaşlarla əməkdaşlığı və sizin biznesiniz üçün lazımi maliyyələşdirməni əldə etmənizi asanlaşdırır. Əslində LivePlan biznes plan proqramını istifadə etmək çox asandır. Bu proqram sizə ekspert məsləhəti verir, professional və tam planlar yaradır. Ən əsası isə bu proqram sizə 3 ümumi biznes planlaşdırma maneələrinin asanlıqla öhdəsindən gəlməkdə kömək edəcək. Bununla yanaşı, heç bir əlavə məvacib ödəmədən davamlı olaraq, yeni funksiyalar əldə edəcəksiniz. Sözügedən ümumi maneələrə göz ataq və LivePlan biznes plan proqramının sizin biznesinizi inkişaf etdirmək üçün sizə necə kömək edəcəyini nəzərdən keçirək:

1. Biznes planınızın strukturunun yaradılması. Biznes sahibləri kimi siz, yəqin ki, əvvəllər biznes planı yazmamısınız. Amma əgər borc verən və ya sərmayəçi bunu sizdən istəsə, o zaman siz bunu doğru şəkildə etməyi bilməlisiniz. Bu plan dəqiq və peşəkar şəkildə hazırlanmalı və oxucunun gözlədiyi bütün məlumatlar ora daxil edilməlidir. Plana nələrin aid olduğunu, hansı qaydada və formatda hazırlandığını bilmək məsuliyyətindən LivePlan sizi azad edir.

2Maliyyəni təsvir etmək. Nömrələrdən qaçış yoxdur, amma LivePlan onları siz düşündüyünüzdən də yüngül edir. Hər hansı bir elektron tablo düsturlarını bilməyə və ya hadisələrin necə cərəyan etməsindən narahat olmağa ehtiyac yoxdur. Biznes planlanmasında səlahiyyətli şəxs olan Tim Berrynin video məsləhətləri ilə addım-addım nömrələri daxil etmək mümkündür. Bu proqram hesablamaları aparır. Balans hesab əldə etdikdən sonra işin bitdiyindən xəbərdar edir. Lazım olan bütün məlumatlar artıq əvvəlcədən daxil etdiyiniz məlumata əlavə edilir. Bununla, siz vaxtınıza da qənaət etmiş olursunuz.

3. Təsirli plan hazırlamaq. Siz biznesinizin sağlam əsaslarının olmasını insanlara göstərməlisiniz. LivePlan-da sərmayəçi və borc verəni maraqlandıran bütün məlumatlar öz əksini tapır. Sizin plan heç bir əlavəsiz çox yaxşı görünəcək. Amma sonda nə isə əlavə etmək istəyirsinizsə, onu sevdiyiniz mətn prosessoruna daşıyaraq son əlavələri edə bilərsiniz. Sərmayəçilər planı vaxtında verməyinizi və lazımınca diqqət yetirməli olduğunuzu sizə deyə bilər, amma bu o demək deyil ki, onlar sizin bunu necə asan etdiyinizi bilməlidirlər.

Böyük biznes plan müvəffəqiyyətli iş yolunda ilk addımdır. Böyük biznes plan proqramı böyük iş planlarını asanlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: kayzen.az

Ən sərfəli krediti almaq üçün müraciət et