Lirə bahalaşdı - YENİLƏNDİ | Banco.az

Lirə bahalaşdı - YENİLƏNDİ

Cümə axşamı 5.9029 səviyyəsinə qədər geriləyən Dollar/Tl məzənnəsi həftənin son iş gününə də bu səviyyələrdə başlayıb.

Kurs bu gün 5.83 səviyyəsində icra edilir.

Banco.az türk mətbuatına istinadən xəbər verir ki, lirənin dəyər qazanmasında Amerikalı keşiş Branson haqqında xarici mətbuatda yayılan xəbərlərin təsiri olub. FETO və PKK ilə bağlantısının olması iddiası ilə 35 il həbs cəzası istənilən, daha sonra məhbusluğu ev həbsinə çevrilən Bransonun məhkəmə işinə bu gün baxılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə saatı ilə 09:12 - də 5.83 səviyyəsinə qədər geriləyən kurs, irəliləyən saatlarda yenidən 5.98 səviyyəsinə yüksəldi.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et