""Libra" ənənəvi pulların yerinə keçməməlidir" | Banco.az

""Libra" ənənəvi pulların yerinə keçməməlidir"

ABŞ-ın "Facebook Inc" şirkəti 2020-ci ildə öz kriptovalyutası "Libra"nı istifadəyə təqdim edəcəyini açıqlayıb. 

"Facebook"un planları Avropada müxalifətlə qarşılaşıb. Fransa, mərkəzi bankları "Libra" ilə bağlı tənzimləmələrə hazırlaşmağa çağırıb. 

Fransanın Maliyyə naziri Bruno Le Maire, ""Libra"  adı verilən rəqəmsal pulun ənənəvi pulların yerinə keçəcək" kimi qəbul edilməməsi lazım olduğunu söyləyib.

Le Maire, "Europe 1" radiosuna verdiyi müsahibəsində, ""Libra"nın milli valyuta olması müzakirə mövzusu ola bilməz  və olmamalıdır",- deyib. 

Ən sərfəli kredit üçün müraciət et

G - 7 mərkəzi bank sədrlərinin "qlobal valyuta sistemin qoruyucuları" olduğunu bildirən Fransanın Maliyyə naziri, İyul toplantısı üçün "Facebook"un layihəsinə dair hesabat hazırlanmasını çağırıb.

Avropa Parlamentinin almaniyalı üzvü Markus Ferber, 2 milyarddan çox üzvə sahib olan "Facebook"un "kölgə bank" ola biləcəyini və təzimləyici orqanların hazır olmaları lazım olduğunu söyləyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç