LG-dən inanılmaz ixtira | Banco.az

LG-dən inanılmaz ixtira

Bu həftə LG çox maraqlı və təəccübləndirici ixtirasını nümyaiş etdirdi. Şirkət tamamilə yeni görünüşdə televizorlar sərgiləyib. Siz bu televizorları maqnit vasitəsilə istədiyiniz yerə, hətta soyuducunuza belə asanlıqla yapışdıra bilərsiniz.

Sərgi, elektronika nəhəngi olan Cənubi Kareyada nümyaiş olunub. İnanılmaz dərəcədə nazik olan bu televizorun ölçüsü 55-inchdir. 

Lakin şirkətin bu televizorları nə vaxt bazara çıxaracağı hələ məlum deyil.  CNET-ə görə televizorun eni 1mm-dən çox deyil və təxminən kağız sancaqları enindədir.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı şəkildə də, cihazın elə təxminən kağıza bənzədiyini görə bilərsiniz.

Ümumiyyətlə Samsung və LG şirkətləri bükülə bilən görüntülü texnologiyaların istehsalında son illərdə pioner olublar. Samsungun sözçüsü Ötən ilin sonunda Nyu Yorkdakı çıxışında bildirib ki, 2016-cı ilin sonlarına kimi şirkət tamamilə elastik telefonlar istehsal edəcək. 

Bugünə kimi, hər iki şirkətdən əyilə bilən mobil telefonların nümyaişini görmüşük, lakin bu telefonların nə vaxt satışa çıxarılacağı hələ dəqiq məlum deyil.

Ən sərfəli krediti almaq üçün müraciət et