La Casa De Papeldən götürəcəyimiz əsl dərslər! | Banco.az

La Casa De Papeldən götürəcəyimiz əsl dərslər!

Əgər kosmosda yaşamırsınızsa yəqin ki, La Casa De Papel (Money heist) serialından xəbərdarsınız. Bir soyğunçuluq serialı olmasına rəğmən IMDbdə xalı 8,7-dir.  2017-ci ilin 2 mayında filmsevərlərə təqdim edilən bu serial hər kəsə çox mənalı və olduqca düşündürücü dərslər verir.  Yaradıcısı Álex Pina olan bu serialdan Banco.az olaraq başa düşdüyümüz bəzi dərsləri sizlərə təqdim edirik.

Bu həyatda yalnız A planı olanlar heç vaxt uğur qazana bilməz.

Təsadüfə buraxdığımız hadisələr ağıllı davranmadığımızın göstəricisidir.

Sevgi ilə işi bir-birinə qarışdırma, biri ucbatından digəri məhv ola bilər.

Həyatımızı quruduğumuz planlar yox, qismət deyilən məsələlər idarə edəcəkdir.

Heç bir şey tamamilə qara və ya tamamilə ağ deyildir. 

Oğurluq etsən belə, insanlar səni sevərsə əsl qəhrəman ola bilərsən. Lakin qan tökdüyün zaman, bax onda əsl kabus başlar.

Dünyada ən böyük tələlərdən biri bir şeyi etməmiş onun haqqında mənfi düşünməyə başlamaqdır.

Vaxt əsl aktivdir. Böyük hədəflər üçün uzun hazırlıq müddəti lazımdır.

Əgər aranızda bir lider varsa, onun sözü qanundur. Seçim isə sənindir.

Qorxu azadlığını, şərəfini satmağa gətirib çıxara bilər.

Ən sərfəli kredit üçün müraciət et

İnsanları birləşdirən puldur, qalan hər şey boşdur.

İş görəcəyin insanları ağıllı adamlardan seç.

Hər detalın ehtimalını fikirləşmək lazımdır, nə ölçüdə olur olsun.

Professor kimi ol, qarşındakı düşmənin belə olsa onla nəzakətli danış.

Əgər özünüzlə hesablaşmasaz, demək ki kimləsə hesablaşmaq üçün hələ tezdir.

Heç kəs mükəmməl deyil, mütləq hamının bir zəif nöqtəsi var.

Gizlədiyin nəsə varsa, tam təmiz olduğundan əmin ol. Şübhə varsa, demək ki artıq gizli deyil.

Dəli insanlar hər kəsin başı pozulduğunda ən ağıllı davrananlardır.

Risk almaq üçün nələrdən imtina edəcəklərin barədə düşün.

Yanındakılar iş yoldaşların belə olsa, bir sirrin varsa heç kimlə paylaşma. Ta ki, kimsə öyrənənə qədər.

Əgər canını sıxan nəsə varsa, Denver kimi gül :)

Xəzər Aslanov. Banco.az

Yeni treyler

Ən sərfəli krediti almaq üçün müraciət et