Kriptovalyutalarla bağlı mühüm açıqlama | Banco.az

Kriptovalyutalarla bağlı mühüm açıqlama

ABŞ Mərkəzi Bankının (FED) idarə heyətinin üzvü Lael Braynard Bitcoin və digər kriptovalyutaların aşırı dərəcədə dəyişikliyə məruz qaldığını vurğulayıb.

O, həmçinin kriptovalyutaların Amerika Birləşmiş Ştatlarının iqtisadi tarazlığına təhlükə olmadığını bildirib.

Braynard eyni zamanda FED-in faiz təyin edən komitəsində işləyir. Nyu-Yorkda keçirilən toplantıda bunları deyib:

“FED kriptovalyutaları yaından izləyir. Onların dəyişkən olduğunu bilirik. Məsələn, Bitcoin 2017-ci ildə 1000% dəyər qazandı və son həftələr sürətli şəkildə endi. Kriptovalyutalarla bağlı fikirlərimiz bu bazarın şəffaflığından asılıdır. Onları araşdırmağa davam edəcəyik”.

Onun fikrincə, kriptovalyuta bazarı investorlar üçün təhlükəsiz deyil və kriptovalyutaların çirkli pulların yuyulmasında istifadə olunması çox sadədir. Braynard fərdi investorlara böyük itkilər yaşaya biləcəklərini xatırladıb.

Ancaq keçirilən sorğuya görə, iştirakçıların yalnız 19%-i kriptovalyuta almaq üçün borca girdiklərini söyləyib. Həmçinin, borc alanların yarısından çoxu borclarını qaytardığını bildiriblər.

Braynard digər bir toplantıda səhm və istiqraz ənənəvi aktivlərin gözlənilməz vəziyyətlərə qarşı həssas olduğunu ifadə edərək artan inflyasiyanı nümunə göstərib. 2008-ci ildəki dəyişikliklərdən sonra yaranan böhrana baxmayaraq, ənənəvi dəyərlərin orta riskli olduğunu qeyd edib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et