Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər? | Banco.az

Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

Vergiödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergiödəyicilərinin vəzifələrinə aid edilib.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, bununla yanaşı, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, eləcə də notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim olunmur.

Eyni zamanda, qeyd edilən şəxslər tərəfindən elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı məhdudiyyət də nəzərdə tutulmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et