Kriptovalyuta vahidi Binance kiber hücuma məruz qaldı | Banco.az

Kriptovalyuta vahidi Binance kiber hücuma məruz qaldı

Dünyada ən əhəmiyyətli kriptovalyuta vahidlərindən olan Binance olduqca böyük bir kiber hücumla qarşı-qarşıya olduğunu bildirdi. Paylaşılan məlumatlara görə hakerlər kripto pul birjası olan Binance'dan 7 min bitcoin oğurlayıb. Oğurlanmış bitcoinlərin dəyəri təxminən 41 milyon dollardır.

Kiber hücum 7 may tarixində reallaşdı. Təxminən 7 saat əvvəl rəsmi internet saytı və sosial media hesablarından hücum ilə əlaqədar bir elan paylaşan Binance, hakerlərin phishing və viruslar kimi bir çox fərqli üsullardan istifadə edərək hücumu reallaşdırdıqlarını ifadə etdi.

Paylaşılan məlumatlara görə API açarları və iki faktorlu identifikasiya kodlarını ələ keçirən hakerlər Binance istifadəçilərinin bir çox məlumatını da ələ keçirdi. Binance tərəfindən paylaşılan məlumatlara görə oğurlanan 7 min bitcoin kriptovalyuta birjasının  2%-ni əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Binance CEO-su Changpeng Zhao'nun şərhlərinə görə hücum yalnız Binance'in BTC Hot Wallet'a təsir etdi. Platforma içindəki digər rəqəmsal pul kisələri hücumdan təsirlənmədi. Qısacası Binance platformasındakı şəxsi hesablar bitcoin itirmədi.

Kiber hücum nəticəsində yaşanan maddi zərəri Secure Asset Fund for Users (SAFU) fondu ilə qarşılayacaq olan Binance, həmin fondu elə bu məqsədlə yaratmışdı. Xatırladaq ki, kiber hücum Binance üçün ilk deyildi.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et