Kripto investorun qısa lüğəti | Banco.az

Kripto investorun qısa lüğəti

Blockchain  - blokçeyn  tranzaksiya zəncirindən ibarət məlumatlar bazasıdır.  Blokçeyn eyni anda çoxsaylı və mərkəzləşdirilməmiş kompüterlərdə yenilənir, bloklar öz aralarında elə qurulub ki, tranzaksiyalar haqqında verilənləri silmək və ya dəyişmək mümkün deyil.

Kriptovalyuta (cryptocurrency)– tranzaksiyanın keçirilməsi zamanı anonimliyi (və ya ən azından müəyyən dərəcədə anonimliyi) təmin etmək məqsədi ilə kriptoqrafiya (şifrələmə) metodundan istifadə edilən rəqəmsal aktiv. Bir qayda olaraq, hər bir kriptovalyuta ayrı bir blokçeyn üzərində qurulur və hər bir tranzaksiya haqqında ümumi məlumat publikaya açıq olur.

Mayninq (mining) – kompüter hesablamları vasitəsi ilə blokçeyndə yeni blokların yaradılması. Bu və ya digər kriptovalyuta üçün blok əldə edən maynerlər blokçeynə yeni tranzaksiyalar “yazır”. Bunun qarşılığında onlar tanzaksiyalardan komisyon haqqı qazanır.

Token- demək olar ki, kriptovalyuta ilə eynidir, sadəcə dəqiq iqtisadi dəyəri yoxdur. Iki anlayış arasındakı fərq kifayət qədər şərti xarakterlidir.

Ən sərfəli kredit üçün müraciət et

Initial Coin Offering (ICO)– ilkin coin yerləşdirilməsi və ya təklifi. Mahiyyət etibari ilə İPO (İnitial Public Offering)- ilkin kütləvi səhm təklifinə oxşayır, amma bu dəfə səhm əvəzinə investorlara coin və ya token almaq təklif olunur.  Səhmlər kimi tokenlər də bəzi hallarda investor üçün dividentlər – kompaniyanın gəlirindən pay vəd edə bilər. Amma əksər hallarda onlar birjada ticarət üçün nəzərdə tutulub.

İPO –dan fərqli olaraq, İCO-lar həm də tənzimlənməyən ticarət növü hesab olunur. Yəni tokenlərin gəlirli olacağına heç kəs tərəfindən zəmanət verilmir. Fırıldaqçılıq halları və haker hücücmları da mümkündür. Ona görə də bu tip investisiyalara ehtiyatla yanaşmaq lazımdır.

Fiat valyutalar – mərkəzləşdirilmiş şəkildə, müxtəlif dövlətlər tərəfindən emissiya olunan valyutalar. Kriptovalyuta ictimaiyyətinin nümayəndələri fiat valyuta deyəndə - bizə yaxşı məlum olan, manat, dollar, avro, rubl, lirə kimi ənənəvi valyutaları nəzərdə tuturlar.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç