Kreditin qiymətini nə formalaşdırır? | Banco.az

Kreditin qiymətini nə formalaşdırır?

Kreditin qiymətini nə formalaşdırır?

Kreditin qiymətinin formalaşmasına təsir edən əsas faktorlar bunlardır:

  • Banklararası kreditləşmə üzrə orta faiz dərəcəsi - yəni banklar bir-birinə krediti hansı faizlə verir;
  • Kredit-maliyyə təşkilatlarının özünün bütün müştərilərinə təqdim etdiyi fərqli depozit məhsulları üzrə orta faiz dərəcəsi (yəni həmin bankda müxtəlif depozitlər üzrə ortalama faiz) ;
  • Bank kredit resurslarının strukturu (cəlb edilən vəsaitlərin payı nə qədər çox olarsa, kreditin qiyməti də bir o qədər baha olar);
  • Təklif və müştərilər tərəfindən kreditlərə olan tələbat. Kreditlərə olan tələbatın artması faizlərin yuxarı qalxmasına gətirib çıxarır;
  • Kreditinin növü və müddəti. Digər sözlə kreditin təminatından asılı olaraq, onun ödənməməsi halında bank üçün kəsb etdiyi riskin səviyyəsi;
  • Ölkədəki inflyasiya səviyyəsi (rəsmi statistikaya əsasən, avqustun 1-nə inflyasiya səviyyəsi 1,4%-dir);
  • Borcalan və kredit arasındakı münasibətin xarakteri;
  • Kreditin rəsmiləşdirilmə xərcləri, həmçinin kreditin ödənilməsi və təyinatı üzrə xərclənməsi üzərində nəzarət;
  • Mərkəzi Bankın uçot (yenidən maliyyələşmə) dərəcəsi (hal-hazırda 4,25%).

Uçot dərəcəsi ilə bağlı daha ətraflı məlumat üçün baxa bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdəki inflyasiya qiymətləri real bazar qiymətlərindən xeyli fərqlənir. Kreditlərin qiymətinin daha baha olması həm də depozitlər üzrə də faizlərin yüksək olması ilə izah oluna bilər. Eyni zamanda kreditə olan tələbatı da qeyd etmək lazımdır Yəni açıq aydın görünür ki, ölkəmizdəki həyat səviyyəsi Avropa ölkələri və ABŞ ilə müqayisədə xeyli aşağıdır. 

Bütün bunların üzərinə isə kredit dəyərinin qalxmasına təsir edən digər amilləri də əlavə etmək olar: məsələn kreditin müddəti, onun növü, təminatı. Axı bank özünü sığortalamaq və kreditin geri ödənməsini təmin etməyə çalışır. Məsələn, ekspress-kreditlər verilərkən müştərilər haqqında informasiyanı yoxlamaq imkanı olmur, bankın riskləri artır. 

Bütün bu qeyd edilən məqamlar kredit faizlərinin yüksəl olmasına gətirib çıxarır, lakin kreditləri real dəyəri təkcə göstərilən faizlərlə yekunlaşmır, üstəgəl komissyon haqları, sığorta xərcləri, girov xərcləri (girovun qiymətləndirilməsi) və s. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç