Kovörkinq ofislərdə çalışanların sayı bu tarixdə 5 milyonu keçəcək | Banco.az

Kovörkinq ofislərdə çalışanların sayı bu tarixdə 5 milyonu keçəcək

Texnologiyanın sürətli inkişafı ilə qloballaşan iş dünyası da dəyişikliklərə məruz qalır. Bir çox iş insanı və sahibkar sərfəli və funksional olması səbəbilə yeni nəsil çalışma məkanları olaraq da adlandırılan kovörkinq mərkəzlərinə yönəlir.

Small Business Labs – in apardığı bir araşdırmanın nəticələrinə görə, kovörkinq mərkəzlərindən istifadə edənlərin sayı 2025 – ci ilə qədər 5 milyonu, ofislərin sayı 30 mini keçəcək.

Texnologiyanın iş dünyasına böyük sürətlə integrasiyası standart ofis anlayışını dəyişdirdi. Ofis daxilində keçirilən vaxtın azalması və ofis xərclərinin yüksək olması yeni iş quran və ya ştatdankənar çalışan şəxslərin müştərək ofislərə meyl etməsinə səbəb oldu. Standart ofislərə nəzərən 40% daha az xərc tələb edən kovörkinq ofislər həmçinin sosiallaşma imkanı ilə işçilərin daha çox marağına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Image result for ortak çalışma alanları

2025 – ci ildən etibarən “milenium” və “Z” nəsli qlobal işçi qüvvəsinin 75% - ni təşkil edəcək. Bu hal da öz növbəsində qarşıdakı illərdə müştərək ofislərin sayının daha da artmasına səbəb olacaq. Xatırladaq ki, hazırda dünya üzrə 1.4 milyon insan aktiv şəkildə kovörkinq mərkəzlərdən istifadə edir.

Həmçinin oxu: Gələcəyin iş mühiti necə olacaq?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et