Kompüter üzərindən necə SMS göndərmək olar? | Banco.az

Kompüter üzərindən necə SMS göndərmək olar?

İş saatlarında telefondan istifadə etmək çox da etik olmadığı üçün Whatsapp.web, Messenger.com kimi saytlar olduqca populyarlıq qazanıblar. Çünki, telefon istifadə etmədən bu saytlar vasitəsi ilə həm whatsapp həm də messenger mesajlarınızı oxuya bilirsiniz. Artıq yeni yaradılan Google tətbiqi vasitəsi ilə sms göndərmək üçün də telefondan istifadə etməyə ehtiyac qalmayacaq.

Bir çox telefonda, xüsusilə də “Android One” layihəsi çərçivəsində buraxılan telefonların standart SMS tətbiqi olan Android Mesajlar tətbiqi telefonunuzdan SMS göndərməyə imkan verir. Bu tətbiqin veb saytı telefon nömrəniz üzərindən kompüter vasitəsi ilə  sms göndərməyə icazə verir.

 

Kompüterdən sms göndərmək üçün aşağıdakıları etməlisiniz:

1. Telefonunuzda Google-un sms proqramı yoxdursa, yükləmək üçün https://play.google.com/store/apps/details?id=com.google.android.apps.messaging

Ən sərfəli kredit üçün müraciət et

2.Proqramı açın və icazə verin.

3. Kompüterdə hər hansı brauzer açın.

4. Messages.android.com səhifəsinə keçin.

5. Telefonunuzdakı tətbiqin yuxarı sağ küncündə olan “Messages for web” bağlantısına seçin.

6. QR kod seçimindən sonra, kompüterdə açdığınız veb saytında telefonunuz vasitəsi ilə QR kodu oxudun.

Burada bütün telefon rəhbərinizi görə bilərsiniz. Məntiqi olaraq whatsapp web kimi işləyir, lakin unutmaq lazım deyil ki, burada hər göndərdiyiniz sms-ə görə balansınızdan kontur çıxılacaq.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et