Kommersiya bankları nağd dollar satışını daha da məhdudlaşdırıb | Banco.az

Kommersiya bankları nağd dollar satışını daha da məhdudlaşdırıb

Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya bankları əhaliyə nağd ABŞ dollarının satışını bir qədər də məhdudlaşdırıb. Banco.az "Report"un analitik qrupu apardığı müşahidələr istinadən xəbər verir ki, cümə günü, avqustun 19-dan etibarən "YapıKredi Bank Azrbaijan" QSC, "Dəmirbank" ASC, "Amrahbank" ASC, "Bank of Baku" ASC dollar satışında adambaşına düşən limiti bir qədər də azaldıb. Bəzi kommersiya banklarında isə ümymiyyətlə dollar satışı dayandırılıb. Belə ki, "YapıKredi Bank Azerbaijan" adambaşına dollar satışının limitini 500-dən 200-ə, "Əmrahbank"ın bəzi filialları 500-dən 300-ə, "Dəmirbank" 100-ə, "Bank of Baku" isə 500-dən 200-ə endirib. Xatırladaq ki, ən yüksək limitli dollar satışını "Azər-Türk Bank"  ASC (500 dollar) həyata keçirir.

 Dollara olan tələbat ARDNF-in həftənin çərşənbə axşamı və cümə axşamı günləri mütəmadi olaraq həyata keçirtdiyi valyuta hərraclarında satışa çıxartdığı valyutanın həcminin artırılması ilə səngiyə bilər: "Qeyd edək ki, ARDNF-in valyuta hərracında standart valyuta satışı 50 mln. dollar təşkil edir. Son valyuta hərraclarında isə dollara olan tələb 700 mln. dollarla maksimal rekord həddə yaxınlaşıb. Təbii ki, bu məbləğ həqiqi tələbi əks etdirmir. Kommersiya bankları mümkün qədər çox valyuta almaq üçün daha yüksək həcmdə tələb irəli sürürlər". 

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin analitikləri hesab edirlər ki, hazırda valyuta bazarında 250-300 mln. dollara real tələbat var: "Yəni, hərracda məbləğin artırılması nağd valyuta bazarını sakitləşdirə bilər. Nağd valyutaya tələbin səbəbi isə idxal əməliyyatlarının aparılması və lisenziyası ləğv edilən banklardan Əmanətlərin Sığortalanması Fondu (ADİF) vasitəsilə ödənilən manat vəsaitlərinin dollara çevrilməsi prosesi ilə bağlıdır. 

Qarşıdakı hərracların birində valyuta təklifinin 300 mln. dollara qədər artırılaraq nağd valyuta bazarında yaranan qıtlığın aradan qaldırılacağını proqnozlaşdırır: "Nəticədə, hazırda kommersiya banklarında 1,6850 AZN/USD-yə satılan nağd dolların satış məzənnəsi 1,63-1,65 AZN/USD-yə qədər geriləyə bilər".

Ən sərfəli krediti almaq üçün müraciət et