Komitə investisiya müsabiqəsi elan edib | Banco.az

Komitə investisiya müsabiqəsi elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi “Neftçala-Pambıq” ASC-nin səhmlərinin 30,11 faizinin və “Qarabağ-Pambıq” ASC-nin səhmlərinin isə 29,45 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Xəbərə görə, müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edilmiş iddiaçıya üstünlük veriləcək.
İddiaçılar səhmdar cəmiyyətlərinin özəlləşdirmə planı (Emissiya prospekti) ilə tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün sentyabrın 22-dək Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Sia

Ən sərfəli krediti almaq üçün müraciət et