Kinoteatr yoxsa Netflix? | Banco.az

Kinoteatr yoxsa Netflix?

Araşdırma şirkəti DORinsight “Kinoteatr və Onlayn Serial/Film Platformaları” adlı  sorğusunun nəticələrini ötən ay açıqladı.

Araşdırma şirkəti DORinsight kinoteatr və onlayn serial/film platformalarından istifadə vərdişlərinə bağlı bir araşdırma hazırladı. Araşdırmaya görə iştirakçılar onlayn olaraq serial/ film izləməyə davam edərkən yeni çıxan filmləri kinoteatrda izləməyi üstün tutur. Nəticələr isə gələcəkdə Netflix kimi onlayn platformaların kinoteatrı bitirməyəcəyini göstərir. Araşdırma çərçivəsində iştirakçılara film və serial izləmə vərdişləri ilə bağlı suallar verildi. İştirakçıların 76%-i internetdə serial və ya film seyr edərkən, 24%-i isə internetdə serial və film seyr etmədiklərini söylədi.

Ən çox istifadəçi Netflix'də

İnternetdə serial və ya film seyr edən iştirakçıların 71%-i Netflix platformu, 36%-i Puhu TV-i, 22%-i  BluTV, 9%-i isə Apple TV istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Ayda bir dəfə filmə gedirik

İştirakçıların 44%-i ortalama olaraq ayda 1 dəfə kinoya getdiyini söyləyərkən, 24%-i 2 dəfə, 22%-i kinoya heç getmədiyini ifadə edir. Sorğu iştirakçılarının 6%-i 3 dəfə, 4%-i isə 4 dəfə və daha çox getdiyini açıqladı.

Yeni çıxan filmlər üçün kinoteatr

İştirakçıların 60%-i yeni çıxan filmləri kinoteatrda izləməyi üstün tutarkən, 40%-i isə evdə onlayn platformalarda izləmək istədiyini söyləyir.

Kinoteatr dövrü bitməyəcək

İştirakçıların 53%-i onlayn televiziya/seriya platformalarının gələcəkdə kinoteatr sektorunu bitirməyəcəyini, 47%-i isə bitirə biləcəyini düşünür.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et