KFC - dən Neymarın zədələnməsinə gülməli yanaşma | Banco.az

KFC - dən Neymarın zədələnməsinə gülməli yanaşma

İyulun 2-də oynanılan 2018 Dünya Kuboku Meksika-Braziliya matçında Neymarın ayaq biləyinə basılmasından aldığı zədə və bu səbəbdən verdiyi reaksiya haqqında çox danışılmışdı.

Matçın son dəqiqələrində Neymar, Miguel Layunun topu almaq üçün yanına gəldiyi əsnada, Meksikalı futbolçunun ayağını tapdalaması səbəbilə ağrı-acı içində qışqırmağa başladı. Sosial mediada bir çox futbol azarkeşi Braziliyalı ulduzun rəqibinin qırmızı kart alması üçün belə bir hərəkət etdiyini iddia etdilər.

Biləyinə basıldıqdan sonra Neymar yerdə qışqıraraq bir neçə dəfə yumarlandı. Həddindən artıq reaksiya göstərən Neymarın bu hərəkəti həm tənqid olundu, həm də sosial mediada gülməli təqlidlərə səbəb oldu. KFC restoranlar şəbəkəsinin Cənubi Afrika filialı da bu axına qoşuldu və Neymarın hərəkətini məsxərəyə qoyan bir reklam filmi yayımladı.

Ən sərfəli kredit üçün müraciət et

Reklam filmində futbol meydançasında zədələnən bir futbolçunun Neymar kimi yumarlanaraq KFC restoranına qədər getdiyini görürük. Futbolçunu davamlı olaraq bir kamera təqib edir və onu yaxaladığı zaman futbolçu KFC – yə gəlib çatmış olur. Daha sonra futbolçu kassir qadının yanına gəlir və “Make a meal of it” şüarı peyda olur. Çölə çıxdığı zaman onu çəkməyə başlayan operatora əlindəki KFC torbasını göstərir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et