Kasko sığortası haqqında hər şeyi bilirsiniz? | Banco.az

Kasko sığortası haqqında hər şeyi bilirsiniz?

Kasko- könüllü sığorta növüdür. KASKO üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. Hüquqi şəxslərə nəqliyyat vasitələrinin zədələnməsi, məhv olunması və qaçırılması zamanı zərərin kompensasiya edilməsi üçün bu sığorta növünə müraciət edə bilər. 

Kasko Sığortası istənilən növ nəqliyyat vasitəsini (yüngül və yük avtomobilləri, avtobus, motosikl, kənd-təsərrüfatı texnikası və s.) qaçılmaz xərclərdən sığortalamağa imkan verir.

İcbari avtomobil sığortası ilə müqayisədə KASKO könüllü avtomobil sığortası bir çox üstünlüklərə malikdir. Belə ki, əgər yol-nəqliyyat hadisəsi müştərinin təqsirindən baş veribsə, icbari sığorta yalnız üçüncü şəxslərə dəyən ziyanı kompensasiya edir, müştərinin nəqliyyat vasitəsinin təmiri xərcləri isə bura daxil deyil. KASKO sığortası sayəsində bütün bu kimi hallarda Siz öz avtomobilinizi də sığortalamış olacaqsınız.

Sığorta təminatı aşağıdakıları əhatə edir:

  • yol-nəqliyyat hadisələri
  • yanğın və partlayış
  • qaçırma və soyğunçuluq
  • təbii fəlakətlər
  • atılmış və ya düşmüş əşyalardan dəyən itki
  • üçüncü şəxslərin qanunazidd hərəkətləri, heyvanların vurduğu zərər və s. 

​Sığorta müqaviləsini bağlamaq üçün nələr tələb olunur

  • Nəqliyyat vasitəsinə baxış keçirmək
  • Müraciət formasını doldurmaq
  • Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini (etibarnaməni və s.) təqdim etmək

Avtomobilin KASKO sığortasının sığorta haqqı, yəni avtomobilini sığortalıyan şəxsin sığorta şirkətinə ödədiyi pul məbləği, avtomobilin real bazar dəyərinə görə, istehsal ilinə görə, azadolma məbləğinə görə hesablanır (adətən faizlə 1-12% qədər).

Azadolma məbləği (franşiza) - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və dəyən zərərin sığortalının, yəni avtomobilini, digər əmlakını və yaxud həyatını sığortalayan şəxsin üzərində qalan məbləğ hissəsidir. Başqa sözlə desək, bu Sizin tərəfdən öz üzərinizə götürdüyünüz maddi məhsuliyyətin bir hissəsidir. Əgər Siz istəyirsiz ki bütün 100%-lıq maddi məsuliyyəti sığorta şirkəti öz üzərinə götürsün bu halda azadolma məbləği sıfra («0») bərabər olacaq amma bu halda tarif faizə görə dəyişəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real məbləğindən çox ola bilməz. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi:

  • Avtomobilə qismən zərər dəydikdə
  • Avtomobil tam məhv olduqda
  • Oğurlandıqda
  • Qaçırıldıqda

Sığorta, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası ərazisində qüvvədədir. 

Əşyanın dəyərindən çox məbləğdə olan sığorta -Sığorta məbləği və ya sığortaçının zərərlə əlaqədar ödəməli olacağı məbləğ sığortalanmış əşyanın real dəyərindən artıq olarsa, sığorta məbləğinin artıq olan hissəsi etibarsiz sayılır. Sığorta müddəti ərzində bundan xəbər tutan sığortaçı, vəziyyəti sığortalıya bildirərək, sığorta haqqının artıq olan hissəsini geri qaytarır. 

Sığorta ödənişindən qismən azadolma- Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsı zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər olan zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər. 

 Sığorta hadisəsi zamanı sığortalının vəzifələri

  • Sığortalı, sığorta şəhadətnaməsində göstərilən sığorta riskinin baş verdiyi zaman zərərin qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri məqsədəuyğun tədbirləri görməlidir.
  • Zərərin qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədyönlü xərclər sığortaçı tərəfindən ödənilir.
  • Nəqliyyat vasitəsi və ya nəqliyyat vasitəsində olan əşyalar dəyərindən az məbləğdən sığortalanmışsa bu zaman sığortaçı çəkilən xərcləri əmlakın dəyəri ilə sığorta məbləği arasındakı nisbətə uyğun olaraq ödəyir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et